AQRO

17 Dekabr

Xaricə xurma satışından gəlir azalıb

2019-cu ilin yanvar-noyabr ayları ərzində (11 ayda) Azərbaycandan 84 milyon 526 min dollar dəyərində 119 min 318 ton xurma ixrac olunub.

Fins.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, təkcə Noyabr ayında 36 milyon 949 min dollar dəyərində 52 min 657 ton xurma  ixrac edilib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 89,1 milyon ABŞ dolları məbləğində xurma ixrac edilmişdi. Beləliklə, bu il xurma ixracından gəlir 4,6 milyon dollar azalıb.

© Marja