ANALİTİKA

01 Fevral

Mehmet Nuri Ersoy: "60 milyard dollarlıq turizm gəlirini hədəfləyirik"

Türkiyə Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy "Neqativlərə baxmayaraq, 2023-cü ili rekordlar qıraraq tamamladıq. Yanvar ayı məlumatlarında çox ciddi bir sıçrayış var" dedi.

Fins.az Bloomberg HT-yə istinadən xəbər verir ki, Ersoy  "Artıq turizmdə "keyfiyyət"ə konsentrə olacağıq. Adambaşına düşən turist xərcləri 2017-ci ilə görə 53% artdı. 60 milyard dollar turizm gəliri hədəfləyirik" dedi.

Ersoy sözlərini belə davam etdirdi:

"Pandemiya zamanı turistlər daha az səyahət edir və daha uzun müddət qalırdılar. Türkiyədə qalma müddəti digər ölkələrlə müqayisədə daha yüksəkdir. 2018-ci ildə turizmdə strategiya dəyişikliyi etdik. Biz gecəlik adambaşına 99 dollara harma gəldik. Biz 5 il ərzində adambaşına düşən gecə xərclərini 6 faiz artıracağıq. Böhranlara qarşı toxunulmazlığın yolu məhsul və tədarük müxtəlifliyindən keçir. Biz ABŞ, Çin, Kanada və Hindistanda konsentrasiyanı artıracağıq. Uzaq yerlərdən gələn turistlərin qalma müddəti daha uzun olur və daha çox xərcləmə meyli olur. Yerli və əcnəbilər üçün erkən rezervasiyalarda artım var. 10 Yunan adasına sürətli viza verilir. İkitərəfli münasibətlərdəki müsbət inkişaf özünü turizmdə də göstərir. Yunanıstanla birlikdə Egey turizmini inkişaf etdirmək hər iki ölkə üçün faydalı olardı".

Günel Məlikzadə
Fins.az