Son zamanlar bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr dayanıqlı iqtisadi artımın prioritetlərini mü əyyənləşdirmişlər. Istənilən ölkədə milli iqtisadiyyatın davamlı olaraq inkişaf etdirilməsi üçün ilk öncə milli iqtisadi inkişaf strategiyasının konseptual əsaslarının işlənib hazırlanmasına, praktiki cəhətdən reallaşdırılmasına nail olmaq zəruri hesab olunur. Bu gün ölkədə bilik iqtisadiyyatını, iqtisadi təfəkkür tərzini və cəmiyyəti innovativ olaraq inkişaf etdirmək məqsədi ilə sosial-iqtisadi, ekoloji problemlərin həll edilməsi dövlətin ən aktual prioritetlərindəndir.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafı məqsədilə reallaşdırılması nəzərdə tutulan beş Milli Prioritetdən üçüncü rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanına nail olmaqdır. Sənəddə insan kapitalının rəqabət qabiliyyətinin yüksəldilməsi, bazar və dövlət mexanizminin tətbiq edilməsində innovasiyalı investisiya fəallığının artırılması əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin həyata keçirtdiyi iqtisadi inkişaf siyasətində əsas məqsəd ölkədə rəqabətə davamlı insan kapitalını, təhsili, səhiyyəni, müasir innovasiyalar məkanını XXI əsrin şərtlərinə uyğun reallaşdırmaqdan ibarətdir.
Insan kapitalı dedikdə, cəmiyyətdə insanın özünü tam olaraq realizə etməsi və cəmiyyətin yaratdığı imkanlardan yararlanması üçün insanın sahib olduğu bilik, bacarıq, peşəkarlıq və əlaqələrinin cəmi başa düşülür. Ilk dəfə Teodor Şults tərəfindən işlədilən bu termini sonradan davamçısı Heri Bekker inkişaf etdirmişdir. Əvvəllər insan kapitalı termini insana sərf edilən investisiya kimi başa düşülürdü . Anlayış genişləndirildikdən sonra isə bura insanın istehlak xərcləri, təhsil, təcrübə, səhiyyə xərcləri və s. aid edilmişdir
Vətəndaş amili, əhalinin yüksək rifahı və layiqli həyat səviyyəsi Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edir. Müasir dövrdə isə dövlət əmək bazarının tələblərinə cavab verəcək bilik və bacarıqların formalaşdırılması, rəqabət qabiliyyətli insan kapitalının inkişaf etdirilməsi, iqtisadiyyatın innovativ texnologiyalar əsasında formalaşdırılması ilə sosial rifah səviyyəsini artırmağı hədəfləyir. Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan dövləti dünyada gündən-günə artmaqda olan rəqabətə uyğun insan kapitalının formalaşdırılması nəticəsində arzu edilən rifaha nail olmağı prioritet olaraq müəyyən etmişdir. Bununla əlaqədar olaraq ölkəmizdə rəqəmsal iqtisadiyyatın və texnologiyaların inkişaf etməsi üçün əlverişli infrastrukturun yaxşılaşdırılması istiqamətində fəal tədbirlər həyata keçirilir.
Həmçinin, idarəetmə sahəsində effektivliyin artırılması və təkmilləşmə əsas götürülərək insan kapitalının, kadr potensialının inkişafı, istedadlı kadrların aşkar edilməsi üçün yeni layihələr həyata keçirilməkdədir.
Iqtisadiyyatın inkişafı ilə bərabər dünya ölkələrinin bu sahədə irəliləyişləri iqtisadçıların tədqiqlərində xüsusi yertutur. Bir cəmiyyətin rəqabət gücü nə bağlı olaraq onun iqtisadi gücünü müəyyənləşdirmək olar. Rəqabət gücünün artırılmasına təsir edən ən effektiv vasitə isə innovasiyadır. Bunu innovasiyanın məhsuldarlığı artırması qabiliyyəti ilə əlaqələndirə bilərik. Innovasiyanın tətbiqi yeni yaranan ideyalarla elm və texnikanı inkişaf etdirərək gəlirin artması, məşğulluq probleminin aradan qaldırılması və ümumilikdə iqtisadi vəziyyətin inkişafına səbəb olur. Innovasiya ölkələrin iqtisadi baxımdan inkişafı və rifahının yüksəlməsinə müsbət təsir göstərir. Bu isə innovasiyanın elmi-texniki nailiyyətlərdən yüksək səviyyədə istifadəsi, yeni texnologiyanın tətbiq edilməsi və beləliklə, iqtisadi artımın əldə olunmasına yönəldilmiş olması ilə əlaqədardır.
Digər ölkələrlə yanaşı Azərbaycanda da innovasiya siyasətində effektivlik əldə edilməsi dövlət səviyyəsində xüsusi önəm kəsb edir. Sosial-iqtisadi sahədə innovasiya siyasəti dövlət siyasətinin əsas hissəsi olmaqla elm, texnologiya cəhətdən hakimiyyət orqanlarının apardığı fəaliyyətin məqsədini və növlərini mü əyyənləşdirir. Ö lkəmizdə innovasiya siyasəti əsasında innovativ iqtisadiyyatın qurulması əsas fəaliyyət istiqamətlərindən biridir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixində “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı ilə təsdiq edilən strateji sənədlərdə innovasiyalar xüsusi əhəmiyyətə malikdir.