ANALİTİKA

07 Dekabr

Ruslar Türkiyədə tətil üçün orta hesabla nə qədər pul xərcləyirlər?

Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) rusların Türkiyə üçün orta bayram qiymətlərini aylar üzrə sıralayıb. 

Fins.az xəbər verir ki,Rusiyada 74 rubldan başlayan rubl/avro pariteti avqustda 104 rubla yüksəlib, dekabrda isə 98 rubla düşüb. Məlum olduğu kimi, avronun rubla nisbətdə bahalaşması və ya itkisi satışlara ciddi təsir edir.

Türkiyədə ruslar üçün 2023-cü ilin yanvarında 57 min rublla başlayan orta tətil qiyməti iyul ayında pik həddinə çataraq 182 min rubla yüksəlib. Dekabr ayı etibarilə bu qiymət orta hesabla 74 min rubl civarında olub.

Türkiyədə mövsümilik Rusiya daxilindəki istiqamətlərdə də nəzərə çarpır. Yanvarda 26 min rubl olan orta qiymət iyulda 81 min rubla yüksəlib və dekabrda 39 min rubl səviyyəsində davam edib.

Günel Məlikzadə
Fins.az