“Az Abrau Muzeyi” şərab muzeyinə bu il ərzində təxminən 1000 nəfərə yaxın turist gəlib.
Bunu Fins.az-a açıqlamasında “Az Abrau” “Şəki Şərab” zavodunun şərabçılıq şöbəsinin direktoru, Rusiyanın əməkdar şərabçısı Vidadi Həsənov deyib.
V.Həsənovun sözlərinə görə, paytaxt Bakıda “Abrau Durso” restoranı, şərab evləri fəaliyyət göstərir ki, bu da turistlərin marağındadır.
O, həmçinin qeyd edib ki, müəssisənin tabeçiliyində fəaliyyət göstərən muzey Dünya turizm xəritəsinə qoşulub və məhz bu səbəbdən də müxtəlif turizm şirkətləri ilə müqavilələr imzalanıb.
Məlumat üçün bildirək ki, unikal muzey, öz qədim tarixi ilə tanınan Şəki şəhərində yerləşir. Böyük Qafqazın dağətəyinin təbiəti, tanınmış Alazan vadisi və gözəl üzümlüklər, böyük çaxırçılıq tarixi ilə bölgənin bütün gözəlliyi bütün muzey qonaqlarını qarşılayır.
“Az Abrau” kolleksiyasına 500-dən artıq eksponat daxildir və hərəsi onun inkişafına böyük bir töhfəsini verən insanların və Azərbaycanın çaxırçılıq taleyini əks etdirir.
Müasir “Az Abrau” multimediya ekspozisiyasında Azərbaycanın XIX və XX əsrin əvvəlindən unikal çaxır etiket kolleksiyasını görə, çaxırın gözəlliyi və dadı ilə ilhamlanan böyük azərbaycan şairlərinin yaradıcılığı ilə tanış ola bilərsiniz. Qonaqların gözəl çaxırların dadına baxa biləcəyi cari müəssisənin ərazisində keçən ekskursiyanın ayrı bir hissəsi özün üçün sirli çaxırçılıq prosesini kəşf etməyə imkan verəcək.
Fuad Mədətov
Fins.az