ANALİTİKA

12 İyul

Moody's Analytics-dən FED proqnozu

Moody's Analytics Baş İqtisadçısı Mark Zandi iyulun 26-da keçiriləcək iclasda ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini 25 bənd artıra biləcəyini düşündüyünü açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Zandi iyul toplantısından sonra FED-in faiz artırmasına ehtiyac olmayacağını bildirib.

Moody's Analytics Baş İqtisadçısı Mark Zandi epidemiyadan sonra ABŞ-da davam edən inflyasiya problemini dəyərləndirərkən ölkədə inflyasiyanın son bir neçə ildə yüksək olduğunu və hələ də yüksək olaraq qaldığını bildirib. 

Zəminə Hüseyn
Fins.az