ANALİTİKA

05 İyul

Qlobal temperatur rekordu yenidən qırılıb

Qlobal orta temperatur rekordu dünən də yenilənib. Rekord 17,18 dərəcəyə qədər yenilənib.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ meteoroloji xidmətinin NCEP məlumatlarına görə, qlobal orta temperaturun 17,01 dərəcə ilə ölçüldüyü iyulun 3-ü ən isti gün kimi qeydə alınıb.

Dünya temperatur rekordu 24 saat ərzində yenilənib və iyulun 4-də qlobal orta temperatur selsi üzrə 17,18 dərəcəyə çatıb.

İnsan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyinin təsirlərinin güclənməsi ilə hava istiliyi artsa da, elm adamları xüsusilə önümüzdəki 6 həftə ərzində temperatur rekordlarının yenidən görünə biləcəyi barədə xəbərdarlıq edir.

Leyla Fikrətqızı 
Fins.az