ANALİTİKA

24 İyun

\"Milli sərvətimiz\": Plastik tullantılar

5 İyun 2023-cü il Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün 50-ci ildönümündə, ictimai təbliğat üçün ən böyük qlobal platforma və milyonlarla insanın ən güclü beynəlxalq bayramı olan "Plastik çirklənməyə qalib gələk" məşğulluq və gəlirin yaradılmasında dairəvi iqtisadiyyatda tullantı plastikə dəyər əlavə edilməsinin mühüm rolunu vurğulayır.

Fins.az Türkiyə mətbuatına əsaslanaraq qeyd edir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, hər il 400 milyon tondan çox plastik istehsal olunur ki, bunun da yarısı birdəfəlikdir, bu miqdarın 10 faizindən az hissəsi təkrar emala göndərilir. Təxminlərə görə, hər dəqiqə bir zibil maşını qədər ildə 19-23 milyon ton, başqa sözlə, 2200 Eyfel qülləsinin çəkisində tullantı plastik göllərə, çaylara və dənizlərə qarışır.

 Bu rəqəmlərin 2040-cı ilə qədər üç dəfə artacağı gözlənilir. Dəniz zibilinin 85 % dən çoxu və ən davamlı, zərərli hissəsi plastikdən ibarətdir. 800-dən çox dəniz və sahil növü bu çirklənmədən təsirlənir. Diametri 5 millimetrdən az olan mikroplastiklər qidaya, suya və havaya keçir.

Onu da qeyd edək ki, hər birimiz ildə 50.000-dən çox mikroplastik istehlak edirik. Əgər biz plastik dairəvi iqtisadiyyata keçə bilsək və 2040-cı ilə qədər dənizə düşən plastik tullantılarını 80% azalda bilsək, neft və təbii qazdan plastik çıxarma sürəti 55% azalacaq. Bununlada 70 milyard dollar qənaət; İqlim dəyişikliyi səbəbindən istixana qazı emissiyalarını 25% azaltmaq və 700 min əlavə iş yeri yaratmaq mümkün olacağı proqnozlaşdırılır. 

Leyla Fikrətqızı
Fins.az