ANALİTİKA

26 May

Dərin iqtisadi tənəzzüldən xilas yolu varmı?

Məşhur iqtisadçı Nuriel Roubini 2008-ci il maliyyə böhranını xatırladaraq,  ABŞ-da borc limiti ilə bağlı danışıqlarda razılaşmanın əldə olunmayacağı təqdirdə dünya bazarlarında çökmə baş verəcəyini  bildirib. Roubini bu vəziyyətin uzunmüddətli perspektivdə dollara olan inamı da zədələyəcəyini vurğulayıb.

Dohada keçirilən Qətər İqtisadi forumunda "Bloomberg"ə müsahibəsində Roubinə bu məsələdə ümidini hələ də itirmədiyini, son anda razılaşmanın əldə edilə biləcəyini deyib, əks təqdirdə dünya iqtisadiyyatında dərin tənəzzülün yaşanacağını söyləyib. Nuriel Roubinin daha sonra ABŞ-da borc limiti ilə yanaşı, Ukraynadan İrana qədər geosiyasi gərginliyin və ABŞ ilə Çin arasında artan  ziddiyyətin də qlobal iqtisadiyyat üçün böyük təhlükələrdən xəbər verdiyini, sonuncu adları çəkilən ölkələr arasında soyuq müharibənin daha da soyuyacağını vurğulayıb. Məşhur iqtisadçı müsahibəsinin sonunda cari ilin mart ayında Birləşmiş Ştatlarda bir sıra bankların iflasından sonra bəzi regional maliyyə qurumlarının kredit böhranı yaşadığını, Avropa Mərkəzi Bankının faiz artırması prosesinin hələ bitmədiyini də xatırladıb. Yeri gəlmişkən, ABŞ-ın borc tavanı ilə bağlı çıxılmaz vəziyyətin həllində irəliləyişin olmaması neft qiymətlərinə də öz təsirini göstərib. Belə ki, Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman, "OPEC+" alyansının ilin ikinci yarısı üçün hasilat siyasətini nəzərdən keçirəcəyi iclasından bir həftə əvvəl spekulyatorlara möhtəkirlərin diqqətli olmalarını bildirib. Bu xəbərdarlıq isə düşən neft qiymətlərinin kompensasiya edilməsini şərtləndirib.  Sinqapurda yerləşən Saxo Kapital Markets şirkətinin strateji vəziyyəti şərh edərək bildirib ki, "OPEC"-in qiymətləri dəstəkləmək üçün neft bazarına müdaxilə etməkdən başqa yolu qalmır. 

Həmçinin, Çinin ləng iqtisadi bərpası, FED-in faiz dərəcələrinin artırması və borc tavanı ilə bağlı son razılaşmanın olmaması proqnozlara mənfi təsir göstərdiyi üçün neftin qiyməti hələ də il ərzində aşağıdır. Sanksiyalara baxmayaraq, Rusiyanın neft ixracı da güclü olaraq qalır.

Onu da qeyd edək ki, Qətərin energetika məsələləri üzrə dövlət naziri Saad İbin Şərqdə əl-Kabi "Avropa daha pis neft və qaz təchizatı çatışmazlığı ilə üzləşə bilər",– deyərək Avropanın daha dərin eneri çatışmazlığı böhranı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib. 

Qətərli nazir daha sonra bəyan edib ki, bu il olduğu kimi, isti olmayan normal qış fərziyyəsi ilə qlobal iqtisadiyyatın bərpası və ənənəvi enerji mənbələrinə tələbatın artması Avropanın tədarük çatışmazlığı böhranına daxil ola bilər. Beləliklə, dünyanın aparıcı xam neft istehsalçıları tərəfindən Qərbin bərpaolunan enerjiyə keçidlə bağlı atdığı addımlarla yanaşı, ənənəvi enerji sənayesi, neft və qaza investisiyaların zəifəməsinin nəticələri barədə də narahatlıqlar söylənilir.  Bu arada neft İxrac Edən Ölkələr Təşkilatının ("OPEC") baş katibi Heysem el-Gays iki mindən çox insanın iştirakı ilə Qətərin paytaxtı Dohada təşkil olunan Qətər İqtisadi forumunda neft-qaz sektoruna qlobal investisiya həçminin azalmasının tədarük çatışmazlığına səbəb olacağı ilə bağlı fikirlərini də bölüşüb. Gays vurğulayıb ki, enerji keçidi tədricən olmalıdır, eyni zamanda,   "OPEC"-in hesablamalara görə, neft sənayesinin qarşıdakı illərdə tələbatının ödənilməsi üçün  12 trilyon dollar investisiyaya ehtiyacı olduğunu diqqətə çatdırıb.