ANALİTİKA

22 May

HƏFTƏNİN İQTİSADİ YEKUNLARI

Ötən həftə Azərbaycanda mühüm iqtisadi hadisələr baş verib.

Fins.az xəbər verir ki, keçən həftə ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra qanun təsdiqləyib. Həmçinin ötən həftə AYİB Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb və bank sektorunda mühüm hadisələr olub.

Ötən həftə Elektroenergetika haqqında Qanun təsdiqlənib.

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılacaq. "Prezident Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Azərbaycan və BƏƏ viza rejimini ləğv edir. Prezident bu barədə Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

AYİB Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.

SOCAR ilə JBIC arasında Anlaşma Memorandumu imzalanıb.

Ötən həftə bank sektorunda yadda qalan hadisələrdən biri “Günay Bank” ASC-nin lisenziyası ləğv edilməsi xəbəri oldu.

Daha sonra EBRD “Bank Respublika”nı “Azərbaycanda ən fəal emitent-bank” elan edib. AccessBankın depozit portfeli cari ilin may ayında milyard həddini keçdi. PAŞA Bank 2022-ci il üçün maliyyə nəticələrini açıqlayıb. Unibankda nağdsız əməliyyatların həcmi rekord məbləğə çatıb. Rabitəbank Mobil POS xidmətini istifadəyə verdi.

Zəminə Hüseyn
Fins.az