Ötən həftə Azərbaycanda mühüm iqtisadi hadisələr baş verib.
Fins.az xəbər verir ki, keçən həftə ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya səfər edib. Həmçinin ötən həftə Milli Məclisdə bir sıra layihələr təsdiq olunub və başqa mühüm hadisələr olub.
Mayın 8-də İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər ediblər.
Azərbaycanda sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsinə dair layihə I oxunuşda təsdiqlənib.
Mayın 10-da Azərbaycanda investisiya məqsədli qızıl pulların satışı başlanıb.
Mərkəzi Bank (AMB) “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası”nı qəbul edib.
Mayın 12-də "SOCAR Türkiyə"nin mətbuat konfransı keçirilib.
Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalı məlum olub.
Ötən həftə bank sektorunda da müəyyən dirçəlişlər olub.
Unibankın biznes kredit portfeli birinci rübdə 300 milyon manata yaxınlaşıb. Unibankın verdiyi ipoteka kreditlərinin həcmi 45% artıb. Leobank 1 milyondan çox müştəri cəlb edib və mənfəətə çıxıb. Rabitəbankdan fermerlərə özəl kredit kartı! Bank Respublika “Qayğısız yay” nağd kredit kampaniyasına start verib. ABB investisiya imkanlarını hər kəsə əlçatan etdi!
Zəminə Hüseyn
Fins.az