Ötən həftə Azərbaycanda mühüm iqtisadi hadisələr baş verib.
Fins.az xəbər verir ki, keçən həftə ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi səfərlər edib və fərman imzalayıb. Həmçinin ötən həftə Mərkəzi Bank uçot dərəcəsini açıqlayıb və başqa mühüm hadisələr olub.
Ötən həftə prezident Laçın, Qubadlı, Zəngilan , Cəbrayıl, Füzuli rayonlarına səfər edib.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında fərman imzalayıb.
Mərkəzi Bank uçot dərəcəsini artırıb.
Azərbaycanda inflyasiya proqnozu dəyişməz qalıb.
Ötən həftə bank və sığorta sektorunda da müəyyən dirçəlişlər olub.
Birbank sahibləri aprel ayında 5,1 milyon manat keşbek əldə ediblər. Bank Respublika “Biznesə Sərfəli” mikro kredit kampaniyasına start verib. Kapital Bank mikro kreditlərin faizlərini endirib. AccessBank beynəlxalq investisiya şirkəti ilə 17 mln. manatlıq müqavilə imzalayıb. Azərbaycanda sığorta sektorunda yeni strategiya hazırlanır.
Zəminə Hüseyn
Fins.az