Ötən həftə Azərbaycanda mühüm iqtisadi hadisələr baş verib.
Fins.az xəbər verir ki, keçən həftə ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstana işgüzar səfər edib və bir sıra fərman, sərəncam və qanun imzalayıb. Həmçinin ötən həftə Hesablama Palatası yoxlama keçirib və bəzi banklar bu ilin birinci rübü üzrə hesabatlarını açıqlayıb.
Aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.
Sofiyada “Həmrəylik halqası”yla Azərbaycan qazının tədarükünə dair memorandum imzalanıb.
Prezidentin Fərmanına əsasən, Audiovizual Şura və MEDİA-ya yeni səlahiyyət verilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası ləğv edilib.
Hesablama Palatası 5,5 milyard manatlıq yoxlama keçirib.
Mərkəzi Bankın hesabatına əsasən, valyuta ehtiyatlarının idarəedilməsindən 42 milyon manat itirib.
Fins.az