“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini “B+”dan “B”yə endirib və proqnozunu “mənfi” olaraq təsdiqləyib.
Fins.az xəbər verir ki, bu barədə qurumun hesabatında qeyd olunub.
Reytinqin endirilməsinin səbəbi lirənin dəyər itirməsi olub. “Fitch” hesab edir ki, sürətli kredit artımı tempini yavaşlatmaq üçün seçmə makroprudensial siyasətlər makroiqtisadi və maliyyə sabitliyi üçün riskləri azaltmır.
Təşkilat Türkiyədə illik inflyasiyanın bu il orta hesabla 71,4%-ə yüksələcəyini, 2023-cü ildə isə bu nisbətin 57%-ə enəcəyini proqnozlaşdırır.