Rusiyada illik inflyasiya 15,7 faizə çatıb ki, bu da 2015-ci ilin sentyabrından bəri ən yüksək səviyyədir.
Fins.az xəbər verir ki, ekspertlər sanksiyalar səbəbindən ölkədə inflyasiyanın ilin sonuna kimi 20 faizə yüksələcəyini proqnozlaşdırırlar.
Rusiya Federal Statistika İnstitutunun (Rosstat) açıqladığı məlumatlara görə, 19-25 mart tarixlərini əhatə edən həftə ərzində Qərb ölkələrinin sanksiyaları səbəbindən ölkədə məhsulların qiymətlərində ciddi artımlar olub.
Sözügedən dövrdə həftəlik inflyasiya 1,1 faiz olarkən, illik inflyasiya 2015-ci ilin sentyabrından bu yana ilk dəfə 1,1 faiz artaraq 15,7 faizə yüksəlib.
Martın 19-25-də şəkərin qiyməti əvvəlki həftəyə nisbətən 6,5 faiz, soğan 18,3 faiz, kələm isə 15,9 faiz bahalaşıb.