ANALİTİKA

28 Mart

Qadın investorlar və ya maliyyə bazarları cazibədarlığa necə təslim oldu?

"Fins.az" maliyyəçi -investor Nisə Əsgərlinin "Qadın investorlar və ya maliyyə bazarlarının cazibədarlığa necə təslim olması" başlıqlı məqaləsini təqdim edir.

Bu dünya çoxdan patriarxatlıqdan çıxıb və hətta birja  öz qapılarını bəşəriyyətin gözəl yarısına açib. Bazar tarixində qadınların maliyyə strukturlarına rəhbər vəzifələri tutması halları az deyil. İndi də əminliklə sübut etmək olar ki, qadınlar təkcə maşın sürməyi yox, həm də investisiyanı da yaxşı bacarırlar.   
Sözlərimi təsdiqləmək üçün son bir neçə ildə geniş müzakirə olunan məşhur qadın treyderlərdən bir neçə misal çəkməyə çalışacağam.Və dərhal təccübləndirici nümunə. Təsəvvür edin ki, ənənələrinə sadıq və eksperimentlərə tam acıq olmayan Hindistanda 2001-ci ildə Bombay Birjasının prezidenti xanim -Dina Mehta olub. Üstəlik, mediyanın yazdığına əsasən, minilliyin əvvəllərində İslam Küveytinin birjalarında işgüzar xanımlar görünməyə başlayıblar.   
Avropa və Amerikada isə bu artıq yenilik deyil. Avropanın ən məşhur adamlarından biri 35 yaşlı xanım superboss-Ketrin Qarrett-Koks, ən böyük ingilis  fondlarından birinin olan City İnvestisiya Bankının investisiya departamentinin rəhbəri vəzifəsində calışır. Jurnalistlər hətta zarafatla ona Böyük Ketrin ləqəbi də veriblər. Bu xanım bonuslarından əlavə, ildə bir milyon funt sterlinq qazanır.  
Keti Vud Wall Street-i fırtına ilə ələ keçirən qadındır. Forbes Müstəqil Qadınları 2020 siyahısında Keti Vud 250 milyon dollar sərvəti ilə 80-ci yerdədir. O, investorlar arasında çox populyardır, hətta Etsy-də portreti və "We Trust Cathy" sözləri yazılmış köynəklər satılır. Keti 2020-ci ildə Wall Street-in super ulduzuna çevrildi.    
Bəlkə də biz heç vaxt çoxlu sayda peşəkar qadın investorlar görməyəcəyik, məsələn, döyüşçü qadınlar, mədənçi qadınları görmədiyimiz kimi. Çünki bu yetərin qədər ağır işdir, amma inanın ki, o qadın hansı ki bu peşəni seçib, onu həyat tərzinə çevirib, heç də kişilərdən pis, hətta bəzən  daha yaxşı öhdəsindən gələ bilirik.