ANALİTİKA

28 Mart

BƏƏ-nin energetika naziri Rusiyadan neft təchizatının əvəz edilməsi imkanlarını qiymətləndirib

BƏƏ-nin energetika naziri: neft bazarlarına Rusiyadan neft təchizatını heç kim əvəz edə bilməyəcək

BƏƏ-nin energetika və infrastruktur naziri Suheil əl-Mazrui bazar ertəsi Qlobal Enerji Forumunun iclasının yayımı zamanı bildirib ki, Rusiya Federasiyasından neft təchizatı  neft bazarları üçün lazımdır və digər ölkələr onları əvəz edə bilməyəcək.

O, həmçinin OPEC+ neft hasilatının azaldılması sazişində iştirak edən dövlətləri birliyə çağıraraq, alyansın işi ilə “siyasəti qarışdırmamağın” vacibliyini bəyan edib.

Nazir BƏƏ-nin OPEC+-dan çıxmamağı və ya birtərəfli qaydada heç nə planlaşdırmadığını vurğulayaraq, yaxın gələcəkdə OPEC+ sazişində iştirak edən ölkələrin yeni görüşünün baş tutacağını  xatırladıb.