ANALİTİKA

26 Mart

Almaniya Rusiya qazından imtina edərsə? 

“Die Welt” nəşri Almaniyanın Mülki Mühafizə və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Federal İdarəsinin proqnozunun nəticələrinə əsasən belə qənaətə gəlib ki, Rusiyanın enerji resurslarına embarqo qoyulacağı təqdirdə Almaniyada yaranacaq qaz qıtlığı “qiyamət günün ssenarisi”nə gətirib çıxaracaq.

Hələ 2018-ci ilin sonunda yerli hakimiyyət orqanları bir sıra şirkətlərlə əməkdaşlıq edərək Almaniyanın cənubunda aşağı hava temperaturu şəraitində iki həftə ərzində qazın tədricən kəsilməsi vəziyyətini simulyasiya etmişdilər. Nəşrin yazdığına görə, Lükex 18 adlanan ssenari hazırda müzakirə olunan sanksiya ilə birbaşa müqayisə olunmasa da, qaz qıtlığından yarana biləcək bir çox riskləri aydın göstərirdi.

Lükex 18-ə görə, qapalı məkanlarda temperaturun aşağı düşməsi yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər və  bu da administrasiya, polis, fövqəladə hallar və xilasetmə xidmətlərinin daxil olan zənglərə operativ reaksiya vermə imkanlarını məhdudlaşdıracaq. Hesabatda göstərilir: "Xəstəxanalar və qocalar evlərində yemək hazırlamaq çox güman ki, problemə çevrilə bilər".

Müəlliflər qeyd edirlər ki, yaşayış binalarında temperaturun kəskin düşməsi, yüksək ehtimalla, santexnika sistemlərinin zədələnməsinə və su təchizatında fasilələrə səbəb olacaq. Soyuq şəraitdə əhali soba qızdırıcısından istifadə edəcək və vətəndaşlar kütləvi şəkildə və “səhv olaraq kaminlər quraşdıracaq, onları yabanı və ya nəm odun, yanan tullantılar və ya tikinti materialları ilə qızdıracaqlar”, - deyə ekspertlər xəbərdarlıq edir. – “Nəticədə yanğınların sayının artması və qəza telefon xətlərinin tıxanması qaçılmaz ola bilər”.

Hesabata əsasən, elektrik enerjisinə olan tələbatın yarısından çoxunu qaz, yem zavodları və heyvandarlıq kompleksləri ilə təmin edən qida sənayesi bundan daha ciddi ziyan görə bilər. “Artıq araşdırmanın ilkin mərhələsində müəyyən edilib ki, qaz qıtlığı yarandığı halda çörək və süd zavodları kimi qida sənayesi müəssisələrinin xammalla təchizatında kütləvi fasilələr gözləniləndir. Böhran uzanarsa, "bu, bir sıra regionlarda müvəqqəti çörək və süd məhsullarının qıtlığına səbəb ola bilər. Quşçuluq təsərrüfatları və ola bilsin ki, kəsim məntəqələri də zərər çəkəcək, onlar qaz təchizatının kəsilməsi halında texnoloji proseslər üçün lazım olan istilikdən məhrum olacaqlar", –  deyə ekspertlər mülahizələrini yekunlaşdırırlar.

Eyni zamanda, nəşrin qeyd etdiyi kimi, Almaniya hökuməti Rusiyanın enerji resurslarının idxalına qadağa qoyarsa, bunun nəticələrinin bir qədər az ciddi olacağı ehtimal edildiyi də açıqlanır. "Bununla belə, güman etmək olar ki, embarqonun qalın isti köynəyin xilas etdiyi soyuqdan daha çox şeylərə səbəb olacağı gözləniləndir", –  deyə “Die Welt” yekunlaşdırır.

Təchizat qadağası Almaniya iqtisadiyyatını heç də az ciddi nəticələr gözləmir. “Jülich” tədqiqat mərkəzinin proqnozlarına görə, Rusiya qazının idxalı dayandırılarsa, kəsiri bir neçə ay ərzində kompensasiya etmək olar, lakin fasiləsiz enerji təchizatına yalnız ilk şaxtalar başlayana qədər zəmanət vermək olar. "Bu, sənaye istehsalının geniş miqyaslı azalmasına gətirib çıxaracaq və evi təsərrüfatlarının enerji istehlakına qənaət edilməsini zəruri edəcək", -  deyə ekspertlər fikirlərini yekunlaşdırırlar.

Federal Enerji və Su Ehtiyatları Assosiasiyasının (BDEW) proqnozu daha bədbin səslənir. Bu sahədə rəybildirən ekspertlərin fikrincə, qısa müddətdə Almaniya Rusiya qazının yalnız təxminən 50 faizini əvəz edə biləcək. Eyni zamanda, idxalın yarıya qədər azaldılması “iqtisadiyyat və cəmiyyət üçün mühüm nəticələrin” yaranmasına  kifayət edəcək.

Alman enerji şirkətlərinin rəhbərlərinin fikrincə, Rusiya qazından imtina qaz bazarının mühüm mexanizmlərinin fəaliyyətini dayandıracaq və Almaniyanın uzunmüddətli müqavilələr əsasında tədarük olunan qazla yüksək marjalı ticarətini qeyri-mümkün edəcək.

“Uniper”in baş direktoru Klaus-Diter Maubax bunu belə  proqnozlaşdırır: “Məncə, dərhal qaz embarqosu Almaniyanın qaz sahəsində fövqəladə halları planını və ən son (üçüncü) səviyyədə fövqəladə vəziyyət səviyyəsini aktivləşdirəcək”.

Məlumat üçün bildirək ki, 2019-cu ilin sentyabrında hazırlanmış planın qəza fazası, bazar mexanizmlərinin dayandırılmasını və Federal Şəbəkə Agentliyi tərəfindən qaz təchizatının direktiv təşkilini nəzərdə tutur. Belə olan halda, məişət istehlakçıları və ev təsərrüfatları prioritet təminat alacaq və dayandırmanın əsas yükü qanuna görə, xüsusi hüquqi müdafiəyə malik olmayan sənayenin üzərinə düşəcək.

Bununla belə Federal Şəbəkə Agentliyinin prezidenti Klaus Müllerin “Das Erste” nəşrinə müsahibəsində qeyd etdiyi kimi, operator artıq böhrana hazırlıqla bağlı sənaye və enerji sektorunun nümayəndələri ilə danışıqlara başlayıb. "Bu, heç vaxt baş verməyəcəyinə ümid etdiyimiz bir vəziyyətə hazırlaşmaqdır", – deyə Klaus Müller fikrini yekunlaşdırır.

Yeri gəlmişkən, Almaniya kansleri Olaf Şolz bundan daha əvvəl bildirirdi ki, Rusiyadan neft və qazdan kəskin imtina Almaniya iqtisadiyyatı, sənayesi və sosial sferası üçün əhəmiyyətli risklər yaradır. Şolz Bundestaqda deputatlar qarşısında çıxışı zamanı bildirmişdi ki, “tələsik addımlar Almaniyanı tənəzzüllə təhdid edər... Sanksiyalar Aİ-yə Rusiya rəhbərliyindən daha çox zərbə vurmamalıdır".

Almaniyanın vitse-kansleri Robert Habek də dəfələrlə vurğulayıb ki, Rusiya qazından imtina Almaniyada kütləvi yoxsulluğa və işsizliyə səbəb ola bilər.

Bunlar azmış kimi, Fins.az-ın bildirdiyi kimi,  çərşənbə günü, martın 23-də prezident Vladimir Putin  hökumətə Rusiya dost olmayan ölkələrin şirkətlərinin qazın pulunu rus rublu ilə ödənişə keçmək barədə tapşırıq verib.  “Müqavilələrin bütün digər şərtləri - qiymət düsturları və tədarük həcmi - eyni qalır”, – deyə Vladimir Putin bildirib və əlavə edib ki, “Qazprom”un müştəriləri hökumət və Mərkəzi Bankın bir həftə ərzində hazırlayacağı mexanizm əsasında Rusiyanın daxili bazarında rubl ala biləcəklər.

Hazırladı, İLQAR