ANALİTİKA

09 Mart

ABŞ-ın idxal qadağası nəyi dəyişəcək?

“ABŞ-ın Rusiyadan aldığı xam neft və neft məhsulları onun bu sahədə idxalının 10%-ə yaxınını təşkil edir, yəni elə də çox deyil. Amma önəmsiz də deyil”.

“Fins.az” xəbər verir ki, bunu politoloq Şahin Cəfərli ABŞ-ın Rusiyadan neft və qaz idxalını dayandırmasını şərh edərkən deyib. 

“Senator Kris Kuns bu qərarın daxili bazarda yanacağın qiymətini daha da artıracağını söyləyərək "amma azadlığın bir bədəli var, ödəməliyik" deyib.

ABŞ-dan sonra Yaponiyanın da analoji qərar qəbul edəcəyi gözlənilir. Avropa Birliyi ilə bağlı durum isə mürəkkəbdir. Onların neft və neft məhsullarına olan ehtiyacının üçdə birini Rusiya qarşılayır. AB-nin alternativ mənbələr tapmadan embarqoya qoşulması çox çətindir”, - deyə politoloq bildirib.