ANALİTİKA

28 Aprel

Mən niyə kriptovalyuta almadım?

Fins.az  "AzFinance İnvestisiya Şirkətin"-in Direktoru İntiqam Səfərəliyevin "Mən niyə kriptovalyuta almadım?" başlıqlı fundamental analizini təqdim edir. 

1. Rəqəmsal valyuta almaq mənim üçün uzunmüddətli addımdır. Bitcoinin gələcəkdə dolları əvəz edəcək bir valyuta olacağı illuziyası yaradıldığı üçün mən bu ehtimalı araşdırmalı və uzun müddətli investiya etməli idim.

2. Bütün sərvətimizin 1%-i i həcmində (100-200$) kriptovalyuta almaq özü də ciddi addım deyil. Düşünün ki, nəğd pulunuzun 1% i dollardır. Siz ona nə qədər əhəmiyyət verirsiz? Düşünürsüz ki, dollar qalxsaydı qazanardım? Demək, valyutadırsa, kriptovalyutanı da əhəmiyyətli həcmdə almaq lazımdır. Yəni investisiyanızın 20-30% i həcmində. Bu isə ciddi addımdır, təhlil etmək, araşdırmaq, məlumat toplamaq lazımdır.

Beləliklə, ciddi həcmdə kriptovalyuta almağın çox boyük bir risk olduğunu gördüm və bu fikirdən daşındım. Səhmlər isə tənzimlənən bazarda ticarət edilir, təhlil üçün məlumat çoxdur, arxasındakı biznes aydındır və risklər dəfələrlə az olsa da, gəlirdə limit yoxdur. Tesla 15 ilə 200 dəfə, NİO 1 ilə 20 dəfə qalxıb. Yəni peşəkar analitiklər investiyanı səhm bazarına yatırmağı tövsiyə etməlidir

3. Bu qərarı verə bilmək üçün 2018 ci ildə innovasiyanın mərkəzi ABŞ-ın Kaliforniya ştatına, San Fransiskoya səfər etdim. Qrup halında 50-yə yaxın insanla görüşdük. Startup və kriptoların gələcəyi barədə məlumat topladım və bu nəticəyə gəldim:

A) Qızılın qiyməti qalxacaq (2018 də)

B) Marketinq biznesin mərkəzi funksiyasıdır

C) Marketinq elə qurulmalıdır ki, 1-3 il sonra siz pul xərcləmədən sizdən danışsınlar (Tesla və Bitcoində olduğu kimi),

D) Teslanı kimlərsə dəstəkləyir amma avtomobilləri rəqabətli deyil

E) Bitcoini ciddi məbləğdə almaq risklidir, qiymət yüksəkdir, düşə də bilər.

G) Digər kriptovalyutalardan baş açmaq üçün Avstraliyaya da getmək lazımdır.

4. Bir ay sonra Sibos formunda (maliyyə sahəsində dünyanın ən mötəbər formudur) və İntersekt illik Fintech konfransında iştirak etmək üçün Avstraliyaya səfər etdim. 14 günlük səfər zamanı gəldiyim qənaət:

- Kapitalın 5-10 mln dollar olarsa Avstraliyada xoşbəxt yaşaya bilərsən.

- Avstraliya iqtisadiyyatı Azərbaycanla çox oxşardır, öyrəniləcək çox istiqamətlər var

- Maliyyə bazarlarını pensiya fondları vasitəsilə ciddi inkişaf etdirmək olar

- Avstraliyada 300 müxtəlif kriptovalyuta yalnız Çindən Avstraliyaya pul daşımaq üçün istifadə edilir.

Valyutanı bir nəfər Çində nağd alır və Avstraliyada nağd şəklində satır. Valyuta da komissiya həcmində gündəlik qalxır. Yəni valyutanın arxasında heç nə dayanmır. Bu isə mənə ciddi araşdırma aparmalı olduğum siqnalını verdi.

5. 3000 kriptovalyuta var və bunlardan hansı kriptovalyutanın arxasında ciddi ideya və dayaqnıqlı biznes mənbəyi tapmaq lazımdır. Məlumat azdır, Tənzimlənən bazar deyil və bu kriptovalyutalar hər bir proqramıçının yarada biləcəyi koddan başqa heç nə deyil. Yəni istənilən şəxs 10-20 min dollar xərcləməklə 1 milyard ədəd kripto valyuta yarada və dovriyyəyə buraxa bilər.

Müəllif: İntiqam Səfərəliyev

"AzFinance İnvestisiya Şirkətin"-in Direktoru