Fins.az ölkəmizdə investorların ən çox maraq göstərdiyi səhmlərin bir ay ərzində olan dəyərinin dəyişim dinamikasını təqdim edir.
Qeyd edək ki, aşağıda göstərilən səhmlər arasında ən çox artım Tesla Inc (TSLA) səhimində qeyd alınıb 22.46%, ən cox dəyər itirən isə 4.60% ilə BP PLC ADR (BP) səhimidi
Amazon.com Inc (AMZN)- (+11%) - 5666.10 manat
Tesla Inc (TSLA) - (+22.46%) - 1244.79 manat
Mastercard Inc (MA) - (+4.83%) - 643.14 manat
Visa Inc Class A (V) - (+3.05%) - 377.37 manat
Apple Inc (AAPL)- (+8.74%) - 8.74 manat
Nokia Corp ADR (NOK) - (+6.38%) - 7.02 manat
Uber Technologies Inc (UBER) - (+6.64%) - 100.69 manat
Intel Corporation (INTC) - (+5.63%)- 109.07 manat
BP PLC ADR (BP) - (-4.60%) - 43.42 manat
Fərqli sahə və fəaliyyət göstərən müxtəlif şirkətlər sayəsində səhmlər bir çox investorlar üçün hələdə gəlir maliyyə aləti olmağa davam edir. Xalqa açıq olan şirkətlərin satışa çıxardığı qiymətli kağız olan səhmlər, investisiya portfelinizi genişləndirmək üçün ən yaxşı seçimdir. Gəlirdən pay almağınızı təmin etməklə yanaşı, səsvermə hüququ və idarəetmədə iştirak etmək kimi xüsusiyyətləri də olan qiymətli kağızların alqı-satqısını həyata keçirərək yatırımlarınızı asanlıqla qiymətləndirə bilərsiniz.
Səhmlərin alqı-satqısı fiziki olaraq həyata keçirilmir. Açacağınız bir ticarət hesabı ilə bank və ya broker şirkətinin vasitəsilə əməliyyatlarını həyata keçirə bilərsiniz. Fərqli investisiya alətləri arasında seçim edərkən diqqətli olmaq, analiz araşdırmaları doğru dəyərləndirmək lazmdır. Bu sahədə peşəkar yatırım mütəxəssisləri Sizə kömək olsa da, səhmlərin alqı-satqısı mövzusunda ilkin biliklərə sahib olmağınız tövsiyyə olunur.
Müəllif: Vüqar Bağırov