ANALİTİKA

10 Fevral

Reklam bazarında 12.3% artım gözlənilir

“Group M” agentliyinin araşdırmasına görə, demək olar ki, 2021-ci ildə qlobal reklam bazarında 12.3% artım gözlənilir. Buna səbəb rəqəmsal reklamın pandemiyaya dayanaqlığı əsas verir.

Son on il ərzində rəqəmsal reklam iki rəqəmlə artım tempi ilə, hər il artır. Ortalama hər il bu bazar 20% böyüyür. Agentliyin araşdırmalarına əsasən, 2021-ci ildə rəqəmsal reklam qlobal reklam bazarının 61%-ni əldə edə bilər.

Xatırladaq ki, 2015-ci ildə rəqəmsal reklam bazarın payı 30.6% idi. Proqnozlara əsasən 2024-ci ildə bu pay 66%-ə çatacaq.

Rəqəmsal reklamın artması, təbii olaraq, digər reklam daşıyıcılarına mənfi təsir göstərir. Bu daşıyıcılardan ən çox zərər çəkən televiziya reklamıdır, bu daşıyıcıda 15.1% azalma proqnozlaşdırılır.

Ümumilikdə, reklam bazarının artması ən çox bu ölkələrdə olacaq:

Çin – 15.6%

Kanada – 15.1%

İngiltərə - 12.4 %

Yaponiya – 12%

ABŞ – 11.8%

Fransa – 7.2%

Rusiya – 5%

Almaniya – 4.6%

Müəllif: Vüqar Bağırov