ANALİTİKA

30 Sentyabr

Lirə yenidən bahalaşa bilər

TCMB-nin sonuncu faiz artımından sonra lirənin məzənnələrində volatillik yüksəlib. Bunun əsas səbəbi isə maliyyə bazarlarında bu addımın ölkəyə investisiyaları artıra biləcəyi sualı ətrafında cavabların qarışıq olması ilə əlaqədardır. Lakin həm fundamental, həm də texniki təhlillər "ayı"ların gələcəkdə daha təsirli ola biləcəyini göstərir. 

Image title

Bu gün Avropa sessiyasında növbəti dəfə ucuzlaşmağa başlayan USDTRY məzənnəsinin, ümumi bahalaşma mənzərəsi ilə tanış olduqda, AO indikatoru tendensiyanın divergensiya ilə müşayiət edildiyini göstərir. Bu, bahalaşmanın getdikcə zəifləyəcəyini və ucuzlaşmanın başlaya biləcəyini proqnozlaşdırmağa əsas verir. Bununla yanaşı, 8TL psixoloji həddinin qırılması da, "buğa"ların bazardan uzaqlaşmaları üçün ciddi əsas olacaqdır. 

Image title

Fundamental amillər tərəfində isə son üç ay ərzində Türkiyənin xarici ticarətində ixracının artması da, "ayı" və "buğa"ların gözündən qaçmır. Valyuta ehtiyatlarının 2012-ci ildən sonra sürətlə əriməyə başladığı ölkədə ixracın yenidən artması ehtimalları, TCMB-nin faiz artımının ardı ilə xaricdən pul axınını da yenidən maraqlı edə bilər. Nəzərə alınsa ki, Türkiyənin qızıl ehtiyatı da artmaqdadır, bu, Türkiyənin maliyyə bazarlarına olan marağı daha da artıra bilər. 

Təhlillərə əsasən, dollar/lirə məzənnəsi üçün qısa müddətli perspektivdə 7.70, orta müddətli perspektivdə 7.50 və uzun müddətli perspektivdə 7.20TL dəstək səviyyələri ucuzlaşma proqnozlarının artması fonunda önəmli rol oynayacaqdır. 

Bu baxımından gələcək aylar ərzində dərc ediləcək Türkiyənin iqtisadiyyatına dair önəmli fundamental, xüsusilə də xarici ticarət, valyuta ehtiyatı , işsizlik və sənaye sektoru ilə bağlı məlumatlar diqqət mərkəzində saxlanılmalıdır. Türkiyə ətrafında siyasi hadisələr də məzənnənin gələcək qiymət səviyyələri üçün önəmli rol oynayacaqdır. 

 

İlkin AlıyevAnalitik