ANALİTİKA

21 Sentyabr

"AzerGold”un istiqrazlarını niyə almaq lazımdır? - TƏHLİL

"AzerGold”un istiqrazlarını niyə almaq lazımdır?

"AzFinance" İnvestisiya Şirkətindən alış yönümlü təhlil.

1) Siz vəsaitinizi qorumaq istəyirsiz və çox güman ki, dollarda saxlayırsınız.

2) İnflyasiya investisiya edilməmiş vəsaiti azaldır. Ona görə də vəsaiti saxlayarkən də müəyyən gəlir gətirməlidir.

3) Beynəlxalq birjalarda ciddi artımdan sonra səhmləri almağa risk etmək çətindir. Səhmləri satmaq üçün short əməliyyatlarını da birjalar məhdudlaşdırıblar.

4) Beynəlxalq birjalarda uğurlu ticarət etmək üçün ciddi təcrübəyə və nəzəri biliyə sahib olmalısınız. Yalnız vəsaitinizi təcrübəli şəxslərə (investisiya şirkətlərinə) idarə etməyə verə bilərsiniz. Bu da etibar və risk məsələsidir. Siz investisiya şirkətinin rikslərindən sığortalısız. Amma şirkətin inanıb investisiya etdiyi səhmlər eyni riski daşıyır. Sadəcə, bu şəxslər daha təcrübəli və hazırlıqlıdırlar, hansı ki, ciddi fərq yaradır. 

5) Qeyri-müəyyənlik qızılın qiymətini qaldırıb və hələ ki, uzun müddət yuxarı qiymət hökmranlıq edəcək.

6) Qarşınızda yeni yaradılmış, sağlam, dövlətə məxsus və qızıl istehsal edən bir şirkət var. Şirkətin maliyyə göstəriciləri də pozitivdir.

7) "Azergold" istiqrazları ildə 4% gəlir vəd edir və cəmi 3 illikdir. Müddətin istənilən hissəsində istiqrazları açıq bazarda sataraq vəsaitinizi çıxarıb, digər sahəyə də yönəldə bilərsiz. 

8) Yerləşdiriləndən sonra istiqrazlara tələbin artacağı və qiymətin artmasından əlavə gəlir əldə edə biləcəyiniz ehtimalı da var. Əgər istiqrazları vaxtından əvvəl baha qiymətə satsanız, 4%-dən artıq da gəlir əldə edə bilərsiz.

9) Fiziki şəxslər bu istiqrazları almaqla gəlirlərindən heç bir vergi vermək öhdəliyi daşımırlar.

10) İstiqrazları almaq üçün hərrac 24 sentyabrda olacaq. Bu vaxtadək şirkətimizə yaxınlaşıb və ya ASAN İmza ilə istiqrazları almaq barədə sifariş verə bilərsiz. "AzFinance" İnvestisiya Şirkəti bu istiqrazlar üzrə heç bir öhdəlik daşımır. Yalnız istiqrazların alıcılarından standard komissiya qazanacaq.

İntiqam Səfərəliyev 

AzFinance İnvestisiya Şirkətinin Direktoru