ANALİTİKA

07 Fevral

Koronavirus epidemiyasının bitcoin və qızılın qiymətinə təsiri

       Dünyada baş verən  istənilən maliyyə böhranı və ya siyasi gərginlik bitcoin və digər rəqəmsal aktivlərin dəyərinin artmasına birbaşa təsir edir. ABŞ-Çin ticarət müharibələri, ABŞ-İran münasibətlərinin gərginləşməsini buna misal göstərmək olar. İndi isə Çindəki kornovirus epidemiyası. Hazırda səhm, əmtəə və neft bazarında qiymətlərin enməsi foununda bitcoin və qızılın qiymətinin qalxmasını müşahidə edirik. Artıq bitcoin də qızıl ilə bərabər dünyada iqtisadi-siyasi böhranlar zamanı investorlar üçün “qoruyucu aktiv” rolunu oynamağa başlayıb. Bəs bunun səbəbi nədir? 

     Çin höküməti yanvarın 23-ü “coronavirus 2019-nCoV” virusunun səbəb olduğu pnevmoniyanın yayılması ilə mübarizə məqsədilə Hubei əyalətinin inzibati mərkəzi olan Uhan şəhərində ictimai nəqliyyat müvəqqəti olaraq dayandırdı və sakinlərə şəhərdən çıxışa qadağa qoydu. Virusa yoluxma halları ölkənin daha 14 bölgəsində də qeydə alınıb. Son məlumatlara əsasən bu virusa 25.000 nəfərə yaxın insan yoxulub, 24.200 nəfər şübhəli bilinir və 500 nəfərdən çox insan isə vəfat edib. Epidemiyanın yayılması ilə bağlı yayılan xəbərlər dalğası təkcə adi vətəndaşlar arasında deyil, investor, treyder və sahibkarlar arasında da panikaya səbəb olub. Demək olar ki, bütün dünya iqtisadiyyatı hazırda epidemiya ilə mübarizədə özünü təcrid edən Çin ilə bağlıdır. Epidemiya təkcə neft, xammal və qiymətli metallar bazarlarına deyil, həm də dünyanın aparıcı şirkətlərinin səhmlərinə də öz təsirini göstərdi. Bütün bunlar bütövlükdə dünya iqtisadiyyatına mənfi təsir göstərsə də hazırda bitcoin və qızıl dəyər qazanmaqda davam edirlər. Bitcoin 7200-dən 9600 dollara qalxdı, qızıl isə son 7 ildə ilk dəfə olaraq 1600 dollara qədər bahalaşdı.

     Dünya iqtisadiyyatı qeyri stabil vəziyyətdə olduqda investorlar adətən diqqəti qiymətli kağızlardan “qoruyucu aktivlərə” keçirirlər. İnvestorlar risk altında olan ənənəvi maliyyə yatırımlarını azaldaraq təhlükəyə daha az məruz qalan aktivlərə (adətən qızıl) investisiya qoyuluşlarını artırırlar. Bununla da risklərini hedc etmiş olurlar. Son iki ildə qızıl ilə bərabər bitcoin də “ehtiyyat aktiv” kimi investorların diqqətini cəb etməyi bacarıb. Bu səbəbdən bitcon çox zaman “rəqəmsal qızıl” adlandırılır. Koronavirus epidemiyası nəticəsində bitcoin və qızılın qiymət dinamikası onu təsdiq edir ki, hər iki aktiv bir-biri ilə eyni tandemdə hərəkət edir və bazar sürprizlərinə oxşar reaksiya göstərirlər. Lakin bir fakti qeyd etmək lazımdır ki, qızıldan fərqli olaraq bitcoin-in qiymətinə təsir edən digər faktorlar da var. Çin kriptovalyuta bazarının əsas oyunçularından biri olmaqla bərabər sərt inzibati sistemə malikdir. Epidemiya xəbəri yayılan kimi əmtəə və fond bazarında qiymətlərin düşməsi fonunda ölkədən kapital axının qarşısını almaq üçün hökümət fevralın 9-na qədər iri ticarət birjalarında əməliyyatları dayandırdı. Koronavirus epidemiyası Çin üçün iqtisadi təhlükəsizlik riskidir. Epidemiya nəzarətdən çıxarsa nəticəsi çox ciddi olacaqdır və Çin nəinki vətəndaşların giriş-çıxışlarının qarşını alacaq, həmçinin kapital axının da ölkədən çıxmasını məhdudlaşdıracaq. Bitcoin bu vəziyyətdə evdə oturan və xəstələnmə riskinə məruz qalmayan hər kəs üçün pul göndərməyin demək olar ki, yeganə yoludur.

     Qızılın üzün müddətdir ki, müharibə və iqtisadi böhranlar zamanı ən yaxşı “qoruyucu atkiv” titulunu qoruyub saxlamağına baxmayaraq, hazırda bitcoin ondan heç də geridə qalmayan aktiv kimi özünü doğrultmaqda davam edir. Hətta son 1 ilin təcrübəsi onu göstərdi ki, bitcoin hər iki halda dəyər qazan bilir:

  • Bazarlar yaxşı olduqda: şirkətlər blockchain texnologiyasını öz işlərinə tətbiq edirlər, rəqəmsal aktivlərin tətbiqini və potensialını araşdırırlar – nəticədə rəqəmsal aktivlərə inam artır və bitcoin dəyər qazanır;
  • Bazarlar qeyri-stabil görünəndə: siyasi gərginlik və iqtisadi böhran riskləri artır – nəticədə rəqəmsal aktivlər “qoruyucu aktiv” kimi çıxış edir və bitcoin dəyər qazanır.

Müəllif:  Elnur Quliyev