ANALİTİKA

19 Yanvar

Real sektoru necə likvidli etməli? - Vüsal Qasımlı

Yaradılmış əlverişli biznes mühiti və təşviq siyasəti vasitəsilə sürətli iqtisadi artım modelinə keçmək lazımdır. Burada əsas drayver özəl sektor olacaq. 2018-ci ildə Azərbaycanda qeyri-dövlət investisiyaları 8,8 milyard manat təşkil edib, 2020–2023-cü illərdə isə bu göstərici 11-12 milyard manat intervalında dəyişəcək və beləliklə, ÜDM-in 15 faizinə yaxınlaşacaq. 2020–2023-cü illərdə dövlət investisiyaları illik 7-8 milyard təşkil edəcək və bununla da özəl sektorun payı artacaq. Proqnozlara əsasən, 2020–2023-cü illərdə qeyri-neft sektoruna qoyulan investisiyalar neftqaz sektorundakı investisiyaları iki dəfə üstələyəcək.

Strateji yol xəritələrində qoyulan tapşırıqlara əsasən, 2020-ci ildə Azərbaycan 3 faiz iqtisadi artım tempinə nail olmalıdır. 2018-ci ildə Azərbaycanda alıcılıq qabiliyyəti pariteti üzrə adambaşına ÜDM Ermənistanla müqayisədə 75 faiz, Gürcüstanla müqayisədə 58 faiz çox olub. İndi bizim qarşımızda iqtisadi artımı daha da sürətləndirmək tapşırığı dayanır. Əhali sayının artımını nəzərə alaraq biz azı 5-6 faiz artım tempinə nail olmalıyıq.