ANALİTİKA

18 Yanvar

İnflyasiya amilləri - Vüsal Qasımlı

Ötən il pul bazası 25 faizədək artıb, amma bununla belə, inflyasiya hədəf göstəricidən də aşağı qalmaqda davam edir. Mərkəzi Bank fiskal stimulların nizamlanması üçün pul siyasəti alətlərindən istifadə edir. Məsələn, ötən il faiz dərəcəsi dəfələrlə azaldılıb, faiz dəhlizinin diapazonu isə daralıb. Pul kütləsinin artması ilə yanaşı, qeyri-neft sektorunun artımı və qeyri-neft ixracının genişlənməsi də inflyasiyanın qarşısını almağa təsir göstərir. Strateji valyuta ehtiyatlarının artması həm manatın məzənnəsi, həm də inflyasiyanın qarşısının alınması üçün imkanlar yaradır.