ANALİTİKA

16 Yanvar

Dövlət büdcəsində xarici borcun dəyişməsi dinamikası - Vüsal Qasımlı

2017-ci ildə xarici borca xidmətin ümumi həcmi dövlət büdcəsindən xərclərin 11 faizini təşkil edirdi, 2025-ci ildə bu rəqəm 6,2 faizədək azalacaq. Prioritet layihələrin maliyyələşdirilməsindən sonra dövlət borcunun ÜDM-ə nisbəti azalmağa başlayıb. Növbəti illərdə mövcud xarici borcun azalması cəlb olunan yeni borclardan çox olacaq və 2025-ci ilədək xarici dövlət borcunun ÜDM-ə nisbəti 12 faizədək azalacaq. Xarici dövlət borcunun ÜDM-ə nisbəti üzrə Azərbaycan ən yaxşı göstəriciləri olan ölkələr sırasındadır. Hazırda strateji valyuta ehtiyatlarımız xarici borcu altı dəfə üstələyir.