ANALİTİKA

31 Dekabr

2019-cu ildə bank sektorunda baş verən ən mühüm hadisələr

Fins.az 2019-cu il ərzində bank sektorunda baş verən ən mühüm hadisələri təqdim edir.

Yanvar

1 yanvar-  2018-ci ildə Azərbaycanda ləğv prosesində olan bankların siyahısına daha 1 bank əlavə edilib. Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını 2016-cı ilin dekabr ayında ləğv etdiyi "Dəmir Bank" ASC-dir

1 yanvar-  “Nikoyl Bank”ın nizamnamə kapitalı 52 milyon manat və yaxud 17,6% artaraq 296 milyon manatdan 348 milyon manata yüksəlib. 

 8 yanavar- “Amrah Bank” ASC-nin İdarə Heyətinin üzvü və Bankın Maliyyə Departamentinin direktoru Nəcəf Cəfərli işdən çıxıb.Onun yerinə departamentdəki müavini Hürü Salxayeva təyin edilib.

18 yanvar- Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin nəzdində daxili audit üzrə ekspert qrupu yaradılıb.

22 yanvar- Nikoyl Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib. Bu bankın nizamnamə kapitalının 52 milyon manat və yaxud 17,6% artırılaraq 296 milyon manatdan 348 milyon manata çatdırılmasından sonra baş verib.

23 yanavar- Davos İqtisadi Forumunda iştirak etmək üçün İsveçrədə səfər olan Prezident İlham Əliyev “Bank VTB”nin (Rusiya) İdarə Heyətinin sədri Andrey Kostinlə görüşüb.

Fevral

4 fevral - “Unibank” ASC-də baş inzibatçı vəzifələrinə təyinatlar olub.Heybət Qədirov pərakəndə biznes üzrə baş inzibatçı, Tural Hüseynov korporativ biznes üzrə baş inzibatçı, Elçin Abdullayev isə transformasiya üzrə baş inzibatçı təyin ediliblər. 

6 fevral - Azərbaycan Beynəlxalq Bank" ASC-nin (ABB) İdarə Heyətinin (İH) sədr müavini Murad Şirəliyev işdən çıxıb.

12 fevral - Azərbaycanda “Valyuta tənzimi haqqında” qanun dəyişib. Milli Məclisin bu gün keçirilmiş plenar iclasında "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi təsdiqlənib.

14 fevral- Ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçirilib

19 fevral - "AFB Bank" ASC-nin səhmlərinin 99,64%-nə nəzarət edən "Gilan" MMC payını Hikmət Abuzər oğlu İsmayılova satıb.

28 fevral- Prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

28 fevral - “Atabank” ASC-nin yeni yaradılmış Biznesin inkişafı departamentinə direktor təyin edilib.Bu vəzifə Oruc İbrahimova həvalə olunub.

 

Mart

15 mart- Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin nizamnamə kapitalı illik müqayisədə artıb.

Bunlar "Bank VTB Azərbaycan", "Nikoyl Bank", "Bank Respublika", "Kapital Bank", "Rabitəbank", "Muğan Bank" və "AGBank"dır. Ən yüksək dinamika "Bank VTB Azərbaycan"da (6,2 dəfə), ən aşağı dinamika isə "AGBank"da (1,6%) qeydə alınıb.

18 mart- "Azərbaycan Banklar Assosiasiyası" Beynəlxalq Maliyyə Korporasiyası ilə birlikdə konfrans keçirib

28 mart- “Bank Respublika” ASC-nin Müşahidə Şurasının növbəti yığıncağda bankın İdarə Heyətinin yeni Sədri vəzifəsinə Tariyel İsmayılovun təyin edilməsi barədə qərar qəbul edilib. Tariyel İsmayılov aprel ayının 2-dən etibarən səlahiyyətlərinin icrasına başlayıb

 

Aprel

1 aprel - "Azərbaycan Banklar Assosiasiyası" 29 yaşını qeyd edib

2 aprel- Maliyyə Bazarlarına Nəzarət Palatası "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası"nı açıqlayıb. 

 4 aprel - AFB Bank" ASC-də yeni təyinat olub. Pərviz İbrahimov bankın İdarə Heyətinin sədri vəzifəsini icra edən Aydın Hüseynova biznes kreditləri üzrə müşavir təyin edilib.

18 aprel - Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müşaviri dəyişib.“Renkinq” xəbər verir ki, indiyə qədər bu vəzifəni turan Orxan Xubanovu Maliyyə Nazirliyinin İnvestisiya layihələrinin və infrastrukturun maliyyəsi şöbəsinin sektor müdiri Vəkil İsmayılov əvəz edib. 

17aprel - Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin ekspert qruplarından birinin sədri dəyişib.İndiyə qədər bu vəzifəni tutan Tariyel İsmayılovu Elşən Pirmaliyev əvəz edib. 

17 aprel- "Kapital Bank" ASC 2018-ci ildə əldə etdiyi xalis mənfəətdən səhmdarlarına dividend ödəməyə başlayacaq.

19 aprel- “Bank Silk Vey” adı ilə fəaliyyət göstərən “Premium Bank” ASC-nin rebrendinq etməsinin səbəbi məlum olub.“Renkinq” xəbər verir ki, buna səbəb Bankın “Silk Vey Holdinq” MMC-nin tərkibindən çıxmasıdır. 

22 aprel - Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq, bu gündən Azərbaycanda dollar kreditləri üzrə kompensasiya ödənilməsinə başlanılıb

May

7 may - Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasına Azərbaycan Mərkəzi Bankının (AMB) Risklərin idarə edilməsi departamentinin direktoru Toğrul Əliyev yeni sədr seçilib.

7 may - Turan Bank” ASC-nin səhmdarları Bankın nizamnamə kapitalını 15 000 848 manat və yaxud 27,27% artıraraq 55 003 470 manatdan 70 004 318 manata çatdırmağa qərar verib.

8 may- Muğan Bank” ASC-nin İdarə Heyəti sədrinə 2 müşavir təyin edilib.Bunlardan biri hüquqi məsələlər üzrə müşavir Sahib Daşdəmirov, digəri isə bank məhsullarınınm yaradılması və satış kanallarının inkişafı üzrə müşavir Kamran Qasımovdur.

15 may - Azərbaycan bankları internet səhifələrində yerləşdirdikləri maliyyə hesabatlarının açıqlanma tarixini də qeyd etməli olacaqlar. Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı banklara göstəriş verib.

16 may - "Access Bank" QSC-nin Müşahidə Şurasının (MŞ) yeni tərkibi açıqlanıb. Qərara əsasən, Oleq İvaniyçuk MŞ-nın sədri seçilib.Bununla yanaşı, Corc Rubli (George Rublee), Dariuş Katsprşik (Dariusz Kacprzyk) və Verner Klas (Werner Claes) MŞ-nın yeni üzvləri kimi fəaliyyətə başlayıblar.

17 may - Maliyyə və Texnologiyalar Sammiti (“Fintex Sammit”) çərçivəsində bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) inzibati binasında qurumun yeni layihəsinin - Məlumat Axtarış Sisteminin (MAS) təqdimatı keçirilib.

17 may- "Kapital Bank" ASC-nin səhmdarlarının sayı artaraq 189 olub. 

20 may - Bakıda “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin təşkilatçılığı ilə Avropa Banklar Federasiyasının Assosiativ üzvlərinin 48-ci iclası keçirilib.

20 may -  Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasında Rusiya Bankının (Mərkəzi Bank) Milli ödəniş sistemi departamentinin direktoru Alla Bakina ilə görüş keçirilib.

20 may -  "Amrah Bank" ASC-nin Biznesin inkişafı və marketinq departamentinin direktoru Şəfiqə Hacıiyeva (Hüseynova) vəzifəsini tərk edib.O, "Bank VTB Azərbaycan” ASC-nin sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi şöbəsinin rəhbəri təyin olunub. 

23 may - “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) Gürcüstanda fəaliyyət göstərən törəməsindəki (“ABB-Gürcüstan) payını 75%-dən 100%-ə çatdırıb.

İyun

11 iyun- Ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin sədri dəyişib. Bvəzifəni tutan hüquqşünas Əkrəm Həsənovu Bankın əmanətçisi Şahin Əhmədov əvəz edib. 

20 iyun - Azərbaycanda manatla yerləşdirilən əmanətlərin sığortalanma faizi 15%-dən 10%-ə, xarici valyuta ilə yerləşdirilən əmanətlərin sığortalanma faizi isə 3%-dən 2,5%-ə endirilib.

İyul

7 iyul - "Express Bank" ASC-nin Müşahidə Şurasının (MŞ) sədri Emin Məmmədov istefa verib.Bu vəzifə Bankın səhmlərinin 40%-nə nəzarət edən "Azenco Group" MMC-də MŞ-nın sədri Əhəd Əliyevə həvalə olunub. 

12 iyul - Strateji Yol Xəritəsində nəzərdə tutulan bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəfinin icrası çərçivəsində məsafədən bank hesablarının açılması proseduru müəyyən edilib.

29 iyul - ABŞ-ın “Citibank”ının 2007-ci ildən fəaliyyət göstərən Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.

Avqust

6 avqust- Muğan Bank” ASC nizamnamə kapitalını 5 milyon manat və yaxud 5,3% artıraraq 95 milyon manatdan 100 milyon manata çatdırıb.

6 avqust - Fuad Cəfərov Bank BTB” ASC-nin Marketinq departamentinə direktor təyin edilib.

15 avqust Azərbaycanın aparıcı bankı - "Kapital Bank" ASC-yə qarşı fişinq hücumu başlanıb. Bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə məxsus Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (KİMM) açıqlama verib

15 avqust - Vüsal Ələkbərov "Bank BTB" ASC-nin Hüquq departamentinə yeni direktor təyin edilib.

Sentyabr

2 sentyabr -Express Bank" ASC-nin İdarə Heyətinin sədri İlham Həbibullayev işdən çıxıb. Məlumata görə, onu müvəqqəti olaraq sədr müavini Mehman Məmmədov əvəz edirdi.

10 sentyabr Visa” beynəlxalq kart təşkilatının Azərbaycan üzrə kordinatoru təyin edilib. Bu vəzifə Rəfiqə Bağırovaya həvalə olunub.

23 sentyabr - Səfər Aslanov “AFB Bank” ASC-nin Marketinq departamentinə yeni direktor təyin edilib.

Oktyabr

4 oktyabr- Azərbaycanda sahibkarlara verilən kreditlərə dövlət zəmanəti üçün təminat tələbi aradan qaldırılıb

11 oktyabr -“Express Bank” ASC-nin İdarə Heyətinə (İH) 2 yeni üzv seçilib.Bu Bankın baş əməliyyat inzibatçısı Teymur Ağakişiyev və pərakəndə satış və biznesin inkişafı üzrə baş inzibatçısı Mehriban Ocaqquliyevadır

11 oktyabr-  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarına təxminən 10 illik fasilədən sonra dividend ödənilməsinə qərar verilib. Dividendin məbləği ABB-nin səhmlərinin nominal dəyərinin (27 qəpik) 12,1%-i qədər – 3,26 qəpik müəyyən edilib.

14 oktyabr - “Premium Bank” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.İndiyə qədər sədri müvəqqəti əvəz edən İH-nin üzvü, Maliyyə departamentinin direktoru Mahir Nəcəfovdur.O, yeni vəzifəsində Mahir Əhmədovu əvəz edib.

22 oktyabr- "Turan Bank" ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib. Bankın nizamnamə kapitalının 4 998 840 manat və yaxud 7,7% artırılaraq 65 005 478 manatdan 70 004 318 manata çatdırılmasından sonra baş verib. 

24 oktyabr-  “Express Bank” ASC-nin İdarə Heyətinin (İH) keçmiş sədri İlham Həbibullayevə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də (ABB) vəzifə verilib.O, Bankın İH sədrinin müşaviri vəzifəsinə təyin olunub.

Noyabr

1 noyabr - Express Bank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub. Bankın nizamnamə kapitalının 18% və yaxud 24,712 milyon manat azaldılaraq 137,257 milyon manatdan 112,545 milyon manata endirilməsindən sonra baş verib

4 noyabr - Maliyyə Bazarlarına Nəzarət Palatası “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a dəyişiklik edib.

6 noyabr -Unibank" ASC-nin İdarə Heyəti (IH) sədrinin I müavini və baş risk inzibatçısı Asəf Hüseynov "PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsinə ("PAŞA Bank Gürcüstan") təyinat alıb.

15 noyabr – Orxan Xubanlı "AFB Bank" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

28  noyabr -Prezident İlham Əliyev "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında" sərəncam imzalayıb.Sərəncamla Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib və ölkə qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Mərkəzi Bankına (AMB) verilib.

Dekabr

10 dekabr - Nigar Nağıyevaya “Muğan Bank” ASC-nin Ödəniş sistemləri və təcili pul köçürmələri departamentinə direktor təyin edilib.

11 dekabr “AFB Bank” ASC-də Filialların idarə edilməsi strukturunun direktoru vəzifəsinə təyinat olub. Bu vəzifə Hafiz İbrahimova həvalə edilib.

13 dekabr- Amrah Bank” ASC-nin İdarə Heyətinin üzvü Laçın Əliyev müvəqqəti olaraq Bankın İH sədrinin müavini təyin edilib.

26 dekabr Express Bank” ASC-nin səhmlərinin 48,8%-nə nəzarət edən “Azenco Group” MMC nizamnamə kapitalını azaltdığını elan edib.

28 dekabr Unibank" ASC-nin İdarə Heyəti sədrinin Korporativ və Pərakəndə biznes üzrə müavini İqor Okayevin vəzifəsi artırılaraq I müavin təyin edilib.

Müəllif ; Aynur Qəniyeva