ANALİTİKA

31 Dekabr

2019-cu ildə birjada baş verən ən mühüm hadisələr

Fins.az 2019-cu il ərzində birjada baş verən ən mühüm hadisələri təqdim edir.

Yanvar

7 yanvar- "Kəpəz" MMC bank olmayan kredit təşkilatı (BOKT) hər birinin nominal dəyəri 1 000 manat olan 700 ədəd istiqraz buraxıb. Qiymətli kağızlar qapalı üsulla yerləşdirilib.

8 yanvar- “Bakı Fond Birjası” QSC-də (BFB) "Kapital Bank" ASC-nin səhmlərinin alqı-satqısı üzrə 3 əqd bağlanılıb.Əqdlər Bankın hər birinin nominal dəyəri 12,39 manat olan 126, 70 və 10 ədəd səhminin (2 552,34 manatlıq) realizə edilib.

9 yanvar -“Plato Menecment İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 300 min manat və yaxud 78,95% artıraraq 380 min manatdan 680 min manata çatdırılacağını bildirib.Hər birinin nominal dəyəri 1 manat olan 300 min ədəd yeni səhm buraxılıb və onları "Plato Menecment"in mövcud səhmdarları indiki paylarına uyğun olaraq əldə edib.

9 yanvar - "Kapital Bank" ASC "Bakı Fond Birjası" QSC-nin (BFB) standart bazar seqmentində ticarətə buraxdığı adi və imtiyazlı səhmlərinin delistinq edilməsinə qərar verib. Bank bu məqsədlə BFB-yə müraciət edib. Birjanın qaydalarına görə, delistinq barədə qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minib.

10 yanvar - “İnvest-AZ İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 370 230 manat və yaxud 30,1% artıraraq 1 230 000  manatdan 1 600 230 manata çatdırıb.

11 yanvar -“Plato Menecment İnvestisiya Şirkəti” ASC nizamnamə kapitalı 300 min manat və yaxud 78,95% artırılaraq 380 min manatdan 680 min manata çatdırıb.

 

Fevral

12 fevral - İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) bu il investisiya xidmətlərinin göstərilməsi ilə bağlı elan edilmiş açıq tenderin nəticəsi açıqlanıb. Tenderin qalibi "Azfinance İnvestisiya Şirkəti" QSC olub. Şirkət Fonda qiymətli kağızlar ilə aparılan əməliyyatlarda müştəri sifarişlərinin qəbul və icra edilməsi xidməti göstərəcək. Tərəflər arasında fevralın 8-də satınalma müqaviləsi imzalanıb.  

12 fevral -“Əfqanıstan Azərbaycan Birgə İnvestisiya Şirkəti” MMC-ni dövlət qeydiyyatına alıb.Nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Əfqanıstan vətəndaşı Məhəmməd Cavad Pənahidir.

22 fevral -“Bakı Fond Birjası” QSC-nin (BFB) yenilədiyi “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanması, delistinqi və ticarətin təşkili” qaydalarının təqdimatı olub.

Mart

3 mart -Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin 97,35%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib.

15 mart - "Plato Menecment İnvestisiya Şirkəti" ASC adını "Plato Capital and Co. İnvestisiya Şirkəti"nə dəyişib. 

16 mart- :Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) ümumi yığıncağı keçirilib.Yığıncaqda əsasən repo əməliyyatlarının stimullaşdırılması məqsədilə "Bakı Fond Birjası" QSC-nin (BFB) ticarət qaydalarına və Repo Baş Razılaşmasına dəyişikliklər sonuncu dəfə müzakirə edilib.

23 mart- Eldar Faiq oğlu Abdullayev Bakı Fond Birjası” QSC-yə (BFB) əməliyyat və informasiya texnologiyaları üzrə direktor təyin edilib.

29 mart - Tələt Əli oğlu Kalayev PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-yə direktor müavini təyin edilib.

29 mart- Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasına (MŞ)yeni üzvlər seçilib.Bunlardan biri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Tələt Əli oğlu Kalayevdir. O, MDM-in rəhbərliyində ötən ay öz təşəbbüsü ilə MŞ-nın üzvlüyündən azad edilmiş Orxan İbrahim oğlu Bağırovu əvəz edib.Bundan başqa, iclasda MŞ-ya müstəqil üzv də seçilib. Bu, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun maliyyə direktoru Orxan Ələkbər oğlu Məmmədovdur.

 

Aprel

11 aprel- Unicapital İnvestisiya Şirkəti” ASC-nin baş meneceri Heydər İbrahimli öz istəyi ilə vəzifəsindən azad edilib.Onu müvəqqəti olaraq şirkətin Marjinal ticarət departamentinin direktoru Nadir Babazadə əvəz edir.

12 aprel -Dünyanın və ABŞ-ın böyük onlayn taksi xidməti şirkəti "Uber" səhmlərinin ilkin kütləvi tədavülünə hazırlaşır. Şirkət bu yolla 1 milyard dollar vəsait cəlb etmək istəyir. 

24 aprel - “Holcim Azerbaijan” ASC-nin (Qaradağ Sement Zavodu) səhmdarlarının illik ümumi yığıncağı keçirilib.Yığıncaqda bildirilib ki, şirkət ötən ili 8 milyon manata yaxın xalis mənfəətlə başa vursa da səhmdarlar dvident almayacaq.

25 aprel - Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin bu gün qəbul etdiyi qərarla “Embafinans” MMC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

29 aprel -“BTB Kapital İnvestisiya Şirkəti” ASC 2018-ci ili 51 min manat zərərlə başa vurub.Bu barədə kommersiya qurumunun maliyyə hesabatına istinadən xəbər verir.

 

 May

10 may- Azfinance İnvestisiya Şirkəti” QSC 2018-ci ili 328 min manat xalis mənfəətlə başa vurub.Kommersiya qurumunun maliyyə hesabatına bildirilib ki,bu, 2017-ci ilə nisbətən təxminən 130 dəfə çoxdur.

15 may -"Bakı Fond Birjası" QSC-nin yenilənmiş listinq qaydalarının tələblərinə əsasən “Bank of Baku” və  “Rabitəbank” ASC-lər alternativ bazar seqmentindən standart bazar seqmentinə keçirilib.

İyun

7 iyul- İnvest-AZ İnvestisiya Şirkəti” QSC “Bakı Fond Birjası” QSC-dəki payını 2 dəfə artıraraq 4,76%-dən 9,52%-ə çatdırıb.Bunun üçün “Standard Kapital” MMC-nin birjadakı 4,76%-lik payı əldə olunub.

14 iyun- “BTB Kapital İnvestisiya Şirkəti” ASC nizamnamə kapitalını 250 min manat və yaxud 71,4% artıraraq 350 min manatdan 600 min manata çatdırıb.

18 iyun- İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) nizamnamə kapitalını 64 milyon manat, yaxud 40% artıraraq 160 milyon manatdan 224 milyon manata çatdırıb.

19 iyun- Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkətindən 3-nün aktivləri 10 milyon manatdan çoxdur.Həmin investisiya şirkətləri "Azfinance" (66,87 milyon manat), "PSG Kapital" (22,842 milyon manat) və "İnvest-AZ"dır (11,503 milyon manat).

İyul

3 iyul "PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi - "PAŞA Yatırım Bankası" Azərbaycanda avro ilə istiqraz buraxacaq.

3 iyul -“İnvest-Az İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını ötənilki xalis mənfəəti qədər - 654 360 manat və yaxud 40,9% artıraraq 1 600 230 manatdan 2 254 590 manata çatdıracaq.

4 iyul - Birjanın İdarə Heyətinin (İH) sədri Vüqar Namazov digər işə keçməsi ilə əlaqədar vəzifəsindən azad olunub. Onun vəzifəsinin icrası müvəqqəti olaraq Əməliyyat və İnformasiya Texnologiyaları üzrə direktor, İH-nin üzvü Eldar Abdullayevə həvalə edilib. 

17 iyul-  Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 10 milyon manatlıq istiqraz emissiyasını dövlət qeydiyyatına alıb. Bu rəqəmin ilin sonuna qədər 50 milyon manata çatdırılıb.Qiymətli kağızlar kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC-də yerləşdirilib

19 iyul- Bakı Fond Birjası” QSC-nin (BFB) ticarət platformasında 78,6 milyon manat məbləğində repo əməliyyatı qeydə alınıb.Bu, 2014-cü ildən bəri bir günlük əməliyyatlar üzrə rekord həddir.

 

Avqust

16 avqust- İnvest-AZ İnvestisiya Şirkəti"  QSC bu ilin I yarısını 256 min manat xalis zərərlə başa vurub. Halbuki, maliyyə qurumu ötən ilin eyni dövründən 889 min manat xalis mənfəətlə çıxmışdı. 

27 avqust- Avqustun 23-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin alqı-satqısı üzrə  əqd bağlanılıb. Əqd Bankın hər birinin nominal dəyəri 0,27 manat olan 58 minlik (15,66 min manatlıq) səhm paketinin realizə edilməsini nəzərdə tutur. 

Sentyabr

6 sentyabr - Qafqaz Lizinq” ASC təşkilati-hüquqi formasını MMC-yə dəyişməsi ilə əlaqədar səhmlərini dövriyyədən çıxarıb.

20 sentyabr- “Muğan Bank” ASC “Muğan Kapital İnvestisiya Şirkəti” ASC-ni təsis etməyi planlaşdırdığını elan edib

Oktyabr

9 oktyabr -Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti not hərracında hərracda ilk dəfə 84 və 168 günlük notlar yerləşdirilib. Onların illik gəlirliliyi müvafiq olaraq 6,03% və 6,06% təşkil edib.

14 oktyabr- Bakı Fond Birjası" QSC-nin (BFB) Üzvlük Komissiyasının qərarı ilə "Plato Capital and Co. İnvestisiya Şirkəti" QSC yenidən Birjaya üzv qəbul edilib. 

15 oktyabr- PAŞA Holdinq" MMC-yə daxil olan "Azerbaijan Fish Farm" MMC “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi olub. O dövlət büdcəsinə 1,2 milyon manat ödəmək, eləcə də ümumi dəyəri 1,1 milyon manat olan İnvestisiya Proqramı icra etmək, müəssisənin əmək haqqı və sosial sığorta borclarını ödəmək, digər sosial-iqtisadi və ekoloji öhdəlikləri yerinə yetirimək barədə öhdəlik götürüb. 

17  oktyabr - “SOCAR Capital” MMC kapital bazarları və investorların mənfəətinə cavab verəcək illik faiz dərəcəsi, müddət və məbləğ sorğu və araşdırmalar nəticəsində müəyyənləşdirildikdən sonra, 2020-ci ilin ilk aylarında yeni istiqrazların buraxılması planlaşdırıldığını elan edib.

26 oktyabr- Maliyyə Bazarlarına Nəzarət Palatası, “Bakı Fond Birjası” QSC (BFB) və Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının nümayəndələrinin təklifləri əsasında “Bakı Fond Birjası”nda qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi qaydaları”na dair dəyişikliklər təsdiq edilib.

Noyabr

1 noyabr -   "Bakı Fond Birjası"nda repo predmeti olan qiymətli kağızların siyahısı yenilənib. Birjanın əsas və standart bazar seqmentində listinqə daxil olan korporativ qiymətli kağızlardan repo predmeti kimi istifadə olunması mümkün olub. Artıq həmin qiymətli kağızların yeni siyahısı və onlar üzrə təminat əmsalı Birjanın “Repo bazarı” bölməsində yerləşdirilib.

7 noyabr - "Bank Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə "Günay Bank" ASC-nin standart bazar seqmentində listinqə daxil edilib.   

8 noyabr- “Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” MMC bank olmayan kredit təşkilatının (BOKT) yeni istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

8 noyabr- "Bakı Fond Birjası" QSC-nin (BFB) yenilənmiş listinq qaydalarının tələblərinə əsasən, “Unibank" ASC-nin səhmləri alternativ bazar seqmentindən standart bazar seqmentinə keçirilib. 

14 noyabr- “Bakı Fond Birjası” QSC-də (BFB) “Embafinans” MMC bank olmayan kredit təşkilatının (BOKT) hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazlarının (1 milyon manatlıq) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərraca 5 investor, ümumilikdə, 1,523 milyon manatlıq sifariş təqdim edib. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

15 noyabr- Bakı Fond Birjası" QSC-nin (BFB) yenilənmiş listinq qaydalarının tələblərinə əsasən, “AGBank" ASC-nin səhmləri alternativ bazar seqmentindən standart bazar seqmentinə keçirilib.

15 noyabr- “Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsinin ("PAŞA Yatırım Bankası") 2 müxtəlif buraxılışlı istiqrazları əsas bazar seqmentində listinqə daxil edilib..Noyabrın 18-də qiymətli kağızların təkrar bazarda ticarətinə başlanılacaq. 

21 noyabr - Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru Abid Mamedov vəzifəsindən azad edilərək maliyyə qurumunun Müşahidə Şurasının sədri təyin edilib. İndiyə qədər “Azfinance”ın direktor müavini olan İntiqam Səfərəliyevin direktor vəzifəsinə təyin olunmasına qərar verilib.

 

Dekabr

6 dekabr - Azfinance İnvestisiya Şirkəti” QSC-yə iki yeni direktor müavini təyin edilib.İndiyə qədər maliyyə qurumunda departament rəhbəri kimi çalışan Fərid Məmmədov və Pərvanə Qasımovadır.

7 dekabr- “İnvest-Az İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 654 360 manat və yaxud 40,9% artıraraq 1 600 230 manatdan 2 254 590 manata çatdırıb. 

21 dekabr- "Bank Fond Birjası" QSC-nin (BFB) Listinq komitəsinin qərarı ilə "NBC Bank" ASC-nin standart bazar seqmentində listinqə daxil edilib.

Müəllif:Aynur Qəniyeva