ANALİTİKA

24 Dekabr

2019-cu ilin Bəşəriyyət üçün vacib hadisələri

Fins.az 2019-cu il ərzində baş vermiş Bəşəriyyət üçün ən vacib hadisələri təqdim edir

22 yanvar - BƏƏ-nin “Etihad Airways” aviaşirkəti soleros (dənizsahili ərazilərdə yüksək duz tərkibli torpaqlarda yetişən bitki) əsasında bioyanacaqla işləyən “Boeing 787 Dreamliner” avialaynerin ilk kommersiya reysini həyata keçirib. “Gulf News” agentliyinin məlumatına əsasən, təyyarə 50-50 nisbətində adi kerosin və solerosdan hazırlanan bioyanacaqdan ibarət hibrid qarşıqla işləyən yeni nəsil “General Electric 1B” mühərriki ilə təchiz edilib.

 23 yanvar -Kaliforniyanın Vilson dağının qarla örtülü zirvəsində iki yeni rəsədxana tikilir. Onlar kosmosun öyrənilməsi üçün nəzərdə tutulmasalar da, yenə də adları tarixə düşəcək. Belə ki, tikinti ilə kiçik “PointView Tech” şirkəti məşğul olur. Adı çəkilən həmin şirkət də “Facebook”-a tabedir.

Rəsədxanalar “Athena” peyki ilə lazer rabitə qurmaq üçün nəzərdə tutulub. Məlumdur ki, həmin peyk planetin zəif inkişaf etmiş regionlarında internetin paylanması üçün istifadə ediləcək

15 fevral - Fransalı alimlər GPS sistemi olmadan məkanda istiqamətini müəyyənləşdirə bilən günəşə görə hərəkət sürətini nəzərə almaqla qət edilən məsafə ilə addımları hesablamaq bacarığı və landşaftda polyarlaşmış işığa reaksiya verən bioloji “səma kompası” yaradıblar

Proqnozlara əsasən, 2020-ci ildə ABŞ elektoratı arasında latın amerikalılar çoxsaylı irqi və ya etnik azlıq qrup olacaq, sayına görə səsvermə hüququna malik qaradərili seçiciləri ilk dəfə geridə qoyacaq. Səsvermə hüququna malik seçicilər arasında qaradərilərlə müqayisədə latın amerikalıların 13% çox olacağı gözlənilir.

23 sentyabrda Dünyada iqlim dəyişikliyinə sərt münasibəti ilə yadda qalan Qreta Tumberq adlı qız  dünya liderlərinə səslənib. O, ətraf mühitin qorunmasının vacibliyini qeyd edərək sərt çıxış edib.

“Pew Research Center”-in 2018-2019-cu illərdə keçirdiyi telefon sorğuları nəticəsində məlum olub ki, ABŞ-da yetkinlik yaşına çatmış vətəndaşların üçdə ikisi (65%) özünü xristian adlandırır. Bu göstərici 2009-cu illə müqayisədə 12% aşağı düşüb. Eyni zamanda dinə münasibətini ateizm, aqnostisizm və ya “konkret heç nə” kimi təsvir edən, mömin olmayan vətəndaşların sayı 26%-ə çatıb. Halbuki 10 il əvvəl bu göstərici 17% təşkil edib.

ABŞ daha ən çox qaçqın qəbul edən ölkələrin siyahısına başçılıq etmir. Kanada ötən il 2017-ci ildə olduğu kimi 28 min qaçqın qəbul edib. ABŞ isə sadəcə 23 min. Bir il öncəki göstərici 33 min təşkil edib. Bu, ABŞ-ın 2016-cı ildə nümayiş etdirdiyi maksimumdan (97 min nəfər) çox aşağıdır. Əvvəllər ABŞ hər il digər ölkələrin hamısından birlikdə daha çox qaçqın qəbul edib.

Berlin divarı dağıldıqdan 30 il sonra Avropanın bir çox kommunist ölkəsində insanlar hesab edir ki, həyat səviyyəsi xeyli yaxşılaşıb. 1991-ci ildən bəri 1989-1991-ci illərdə regionda baş verən dəyişikliklərin region ölkələrinin həyat səviyyəsinə müsbət təsir etdiyini düşünənlərin sayı artıb.

ABŞ əhalisinin 63%-i köləlik irsinin bu gün də ölkənin qaradərili sakinlərinə təsir etdiyini deyir. Xüsusən bu haqda çox vaxt qaradərili vətəndaşlar danışır. Onların 84%-i iddia edir ki, köləlik irsi ABŞ-da qaradərililərin vəziyyətinə böyük (59%) və ya kifayət qədər (25%) təsir göstərir.

“Z” nəslinin üçdə bir hissəsi (35%) müraciət zamanı cinsi neytral əvəzliklərdən istifadəyə üstünlük verən insanlarla tanış olduğunu deyir. Milleniallarla (1981-1996-cı illərdə doğulanlar) müqayisədə 1996-cı ildən sonra anadan olan amerikalılar bu cür müraciət şəklinə üstünlük verən tanışları olduğunu daha qətiyyətlə etiraf edir.

YouTube”-da gündə səkkiz saat fasiləsiz video izləmək qərarına gələn insana bu platformanın ən populyar kanallarının bir həftə yerləşdirdiyi bütün kontenti izləməsi üçün 16 ildən çox vaxt lazım olacaq.

Müəllif: Aynur Qəniyeva