ANALİTİKA

31 Dekabr

Dünyada 2019-cu ildə baş verən ən mühüm hadisələr

Fins.az 2019-cu il ərzində dünyada baş verən mühüm hadisələri təqdim edir.

Yanvar

9 yanvar- Meksikada bir neçə gündür müşahidə olunub, benzin böhranı artıq paytaxta qədər çatıb. Mexikoda yanacaqdoldurma məntəqələrində növbələr yaranıb, bəzilərində isə yanacaq yoxluğu yaşanıb

10yanvar- Türkiyənin Bursa şəhərində həyata keçirilən FETÖ əməliyyatı çərçivəsində 13 iş adamı saxlanılıb.

11 yanvar- Makedoniya parlamenti ölkənin adının “Şimali Makedoniya Respublikası” kimi dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

13 yanvar -Yunanıstanın müdafiə naziri Panos Kammenos istefa verib.. Çipras Kammenosun yerinə admiral Evanqelos Apostolakisi təyin edib.

15 yanvar - Britaniya parlemantariləri ölkənin Avropa Birliyindən çıxmasını nəzərdə tutan “Brexit” sazişinin əleyhinə səs veriblər.Millət vəkillərindən 202 nəfər sazişin qəbul olunması lehinə, 432 nəfər isə əleyhinə çıxıb.

Fevral

15 fevral - ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddəki vəziyyətə görə ölkədə fövqəladə vəziyyət elan edilməsi haqda göstəriş verib.

22 fevral - Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə valyutasının rusdilli yazılarla buraxılmasının dayandırılması haqda qərar verib.

25 fevral - Suriya prezidenti Bəşər Əsəd bu gün Tehranda İranın ali dini lideri Əli Xamenei ilə görüşüb.

26 fevral - Ukrayna prezidenti Petro Poroşenko “Ukraynada seçki prosesinə nəzarətdə Ukraynanın bəzi qanunlarına düzəlişlər haqqında” fərman imzalayıb.

27 fevral - Trampla Kim görüşüb.  ABŞ və Şimali Koreya prezidentləri Donald Trampla Kim Çen Inın Vyetnamın Hanoy şəhərində ikinci sammiti zamanı görüşüblər.

28 fevral - İsrail baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Mart

9 mart- Avropa İttifaqı 2021-ci ildən ABŞ vətəndaşlarına viza rejimi tətbiq edəcək.

11 mart  Tramp Rusiyaya qarşı Konqresdən 500 milyon dollar istəyib. Ağ Ev rəhbəri 4,7 trilyon dollarlıq büdcədən hərbi xərclərin 5% artırılaraq 750 milyard dollara çatdırılmasını istəyib.

12 mart- İraqda səfərdə olan İran prezidenti Həsən Ruhani bu ölkənin baş naziri Adil Əbdülmehdi ilə görüşüb.Görüş zamanı neft, ticarət, səhiyyə, nəqliyyat və viza məsələlərində anlaşma memorandumu imzalanıb.

12 mart - ABŞ prezidenti Donald Tramp İrana qarşı 1995-ci ildən tətbiq edilən sanksiya rejimini daha bir il uzadıb.

16 mart - ABŞ prezidenti Donald Tramp Konqresin onun Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejimi elan edilməsi ilə bağlı fərmanını rədd edən qətnaməsinə veto qoyub.

18 mart- Avstraliya hökuməti Kerç boğazında baş vermiş insidentə görə Rusiyaya qarşı sanksiya tətbiq edib.

19 mart- ABŞ prezidenti Donald Tramp illik maşının 25 faizini - 100 min dollarını Daxili Təhlüksəzlik Nazirliyinə verib.

21 mart- “Google” şirkəti 1,69 milyard dollar cərimələnib. Avropa İttifaqı “Google” şirkətini yenidən cərimələyib.

24 mart- ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ beynəlxalq antiterror koalisiyası ilə birgə Suriya və İraqı İŞİD-dən tamamilə azad edib.

25 mart - Tramp Suriya torpaqlarını İsrailə “bağışladı”. ABŞ prezidenti Donald Tramp martın 25-də İsrailin Qolan təpələri üzərindəki suverenliyini rəsmən tanıyacaq.

26 mart- ABŞ İrana qarşı sanksiyaları artırdı. Rəsmi Vaşinqton İrana qarşı yeni sanksiyalar tətbiq edib. “

28 mart- Putin qırğız miqrantlar üçün amnistiya müddətini uzatdı

28 mart - Mərkəzi İslandiyada yerləşən “Wow Air” hava yolu şirkəti bütün reyslərini ləğv edib.

 

 

Aprel

8 aprel- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfər edib.

9 aprel- ABŞ prezidenti Donald Tramp Məxfi Xidmətin rəhbəri Randolf Allesi işdən çıxarıb.

11 aprel - Avropa Şurası Böyük Britaniyanın Avropa Birliyindən çıxarılması ilə bağlı müqavilənin ratifikasiyasına icazə vermək üçün “Brexit”in müddətinin uzadılmasına razılıq verib.

11 aprel- Roma Papası prezidentin ayağından öpüb. Cənubi Sudan prezidenti Salva Kiir Mayardit nümayəndə heyətində yer alan müxalifət liderləri ilə Vatikana səfər edib.

12 aprel- Tokio rayon məhkəməsi “Renault” və “Nissan” şirkətlərinin keçmiş rəhbəri Karlos Qonun həbs müddətini uzadıb. 

12 aprel - Özbəkistan prezidenti Şavkat Mirziyoyevin böyük qızı Səidə Mirziyoyeva yüksək vəzifəyə təyin olunub.

15 aprel Belarus prezidenti Aleksandr Lukaşenko ən böyük oğlu Viktor Lukaşenkonu müvəqqəti olaraq Milli Olimpiya Komitəsinin rəhbərinin müavini təyin edib.

18 aprel - Rusiya hökuməti neft və neft məhsullarının Ukraynaya ixracına qadağa qoyub.Qərarı baş nazir Dmitri Medvedyev hökumətin iclasında açıqlayıb.

21 aprel-  CHP lideri Kamal Kılıçdaroğlu Çubukda şəhid Yener Kırıkcının cənazə mərasimində bir qrup şəxsin hücumuna məruz qalıb.

24 aprel -Ukraynanın zəngin iş adamı Pavel Klimets Moskvada həbs olunub. 99 milyon dollar sərvəti olan biznesmen külli miqdarda rüşvət verməkdə şübhəli bilinib

25 aprel -Rusiya və Şimali Koreya prezidentləri arasında ilk rəsmi görüş başlayıb.

28 aprel İspaniyada növbədənkənar parlament seçkiləri keçirilib.

30 aprel - Zelenski Ukrayna prezidenti elan olunub.  Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) Vladimir Zelenskini prezident seçkilərinin rəsmən qalibi elan edib.

30 aprel - Britaniya Ukraynaya yeni səfir təyin edib.Səfir Cudit Qofu Melinda Simmons əvəz edəcək.

 

May

1 may- Böyük Britaniyanın baş naziri Tereza Mey Çinin “Huawei” telekommunikasiya şirkətinə informasiya sızdırmaqda ittiham edilən müdafiə naziri Qevin Uilyamsonu istefaya göndərib.

14 may - ABŞ prezidenti Donald Tramp Yəmənə qarşı sanksiyaların müddətini bir il də uzadıb

15 may-  Soçidə Rusiya prezidenti Vladimir Putinlə ABŞ dövlət katibi Mayk Pompeo Putinin Soçidəki iqamətgahında görüşüb . 

17 may- ABŞ prezidenti Donald Tramp öz ölkəsinin Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edib

17 may- Ağ Ev Prezident Donald Trampın gəliri haqqında hesabat yayıb. “Tramp ötən il azı 434 milyon dollar qazanıb.  Bu məbləğ 2017-ci ildə 450 milyon dollardan az olmayıb

20 may - Bu gün prezident kimi vəzifəsinin icrasına başlayan Vladimir Zelenski gürcü həmkarı Salome Zurabişvili ilə görüşüb.

21 may -ABŞ Dövlət Departamenti Rusiyaya qarşı sanksiyaları genişləndirib. Rusiyanın iki müəssisəsinə və tədris mərkəzinə yeni məhdudiyyətlər tətbiq edilib

22 may -  Ukrayna Nazirlər Kabinetinin 16 dəqiqə davam edən iclasında baş nazir Vladimir Qroysman rəsmən istefa verib.

25 may - ABŞ-ın Kaliforniya ştatının məhkəməsi Meksika ilə sərhəddə divar tikilməsinə müvəqqəti qadağa qoyub.

İyun

9 iyun-  Qazaxıstanda keçirilən prezident seçkilərində 70,76 faiz səslə qalib gələn Kasım-Jomart Tokayevin bu gün andiçmə mərasimi baş tutub

13 iyun- İran ABŞ-la danışıq şərtlərini açıqladı

15 iyun - Moldovanın Demokrtatik Partiyası ilə əlaqəli olan siyasətçi və biznesmenlər ölkəni tərk edib. Bir neçə saat ərzində Kişinyovdan üç şəxsi təyyarə uçub. “Flightradar24” xidmətinin məlumatına görə, “Bombardier CRJ-200LR” təyyarəsi Moskvaya, “Gulfstream G200” Odessaya, üçüncü biznes-cet isə Londona uçub.

22 iyun- ABŞ-ın Ticarət Nazirliyi Çinin 5 şirkətini “qara siyahı”ya salıb. Agentliyin məlumatına görə, siyahıya “Higon”, Sugon”, "Chengdu Haiguang Integrated Circuit” kimi nəhəng şirkətlər də daxil edilib. Onlara ABŞ məhsulları almaq qadağan edilib.

25 iyun Ukrayna prezidenti Vladimir Zelenski bu posta seçildikdən sonra ilk maaşını alıb. Zelenski təxminən 12 min 797 qriven (485 dollar) əməkhaqqı alıb. Prezidentin bu maaşından isə 2481 qriven (95 dollar) vergilərə tutulub

 

İyul

12 iyul - “S-400”lərin birinci hissəsi Türkiyəyə gətirilib. Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket komplekslərinin bir hissəsi Ankaraya gətirilib.

17 iyul- Ukrayna prezidenti Vladimir Zelenski 22 rayon administrasiyası rəhbərini işdən azad edib. Dövlət başçısı bununla bağlı müvafiq fərman imzalayıb.

23 iyul Böyük Britaniyanın sabiq Xarici İşlər naziri Boris Conson Konservativ Partiyasının rəhbəri və ölkənin Baş Naziri seçilib

24 iyul Böyük Britaniyanın Baş Naziri postundan gedən Tereza Mey vida nitqi ilə çıxış edib.

24 iyul Britaniyanın Müdafiə Naziri Penni Mordont istefa verib.

 

Avqust

1 avqust - Ceff Bezos “Amazon”un hissələrini 1,84 milyard dollara satdı

10 avqust - Amerikalı milyarder Ceffri Epşteyn həbsxanada yatdığı kamerada intihar edib.

15 avqust - Cəbəllütariq Ali Məhkəməsi İranın “Grace 1” neft tankerini azad edib.

16 avqust - Portuqaliyada dünyanın ən böyük qanunsuz silah alverçilərindən olan belçikalı Jaka Mesye tutulub.

20 avqust - İtaliyanın Baş Naziri Cüzeppe Konte istefa verib.

23 avqust-  Amerikalı milyarder Devid Koç vəfat edib.

27 avqust-  Merkel Putinlə Zelenskini danışıqlara çağırıb. Almaniya kansleri Angela Merkel Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında danışıqların aparılmasını dəstəkləyib

29 avqust - Pukon şəhər məhkəməsi Çili Prezidenti Sebastian Pinyeranı 4,93 milyon Çili pesosu (6,8 min $) məbləğində cərimələyib. səbəb ölkə başçısının ev tikintisi zamanı qanun pozuntusuna yol verməsi olub.

 

Sentyabr

11 sentyabr - Ukrayna Prezidenti Vladimir Zelenski deputat toxunulmazlığının ləğvi barədə qanunu imzalayıb.

11 sentyabr - Dünya şöhrətli amerikalı kapitalist Tom Bun Pikens-balaca 92 yaşında vəfat edib.

20 sentyabr - Fransanın sabiq Prezidenti Jak Şirak dünyasını dəyişib. 86 yaşlı siyasətçi  səhər saatlarında vəfat edib.

20sentyabr - ABŞ prezidenti Donald Tramp İranın Milli Bankına sanksiya qoyub

25 sentyabr - Kristalina Georgiyeva Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru təyin olunub.

25 Sentyabr -  ABŞ Trampla Ukrayna prezidenti Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasının illik iclasında görüşüblər.

25 sentyabr- ABŞ Konqresinin Nümayəndələr palatasının spikeri Nensi Pelosi Prezident Donald Trampın impiçment prosedurunun başladıldığını elan edib.

26 sentyabr- Rusiyalı biznesmen Aleksey Mordaşov oğulları Kirill və Nikita dollar milyarderləri statusu verib.“Forbes”ə istinadən xəbər verir ki, iş adamı əvvəlcə TUİ turoperatorundakı hər biri 1,14 milyard dollar olan hissələrini övladlarına bağışlayıb.

30 sentyabr - ABŞ Rusiyanın daha iki vətəndaşına və üç çirkətinə sanksiya tətbiq edib. Georgiyeva bu vəzifəni 5 il icra edəcək

 

 

 

Oktyabr

1 oktyabr -Yerevanda Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə iranlı həmkarı Həsən Ruhani arasında görüş olub.

3 oktyabr - ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman istefa verib.

6 oktyabr -Hollandiyanın adı dəyişdirilərək rəsmi şəkildə “Niderland” adlandırılıb.

7 oktyabr -ABŞ Türkiyəni Suriya əməliyyatında dəstəkləməyəcəyini açıqlayıb

8 oktyabr- ABŞ prezidenti Donald Tramp Türkiyənin Suriyanın şimalına planlaşdırdığı hərbi əməliyyatlar ehtimalını nəzərdə tutaraq Tvitter hesabından rəsmi Ankaranı hədələyib.

10 oktyabr -Türkiyə Suriyada hərbi əməliyyatlara başladıqdan sonra ABŞ prezidenti Donald Tramp növbəti dəfə hədələyici sözlər işlədib

23 oktyabr- ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı sanksiyalar tədbirini ləğv edib.Tramp Suriyada hərbi əməliyyatlar dayandırıldığından rəsmi Ankaraya qarşı sanksiya tətbiq etməkdən vaz keçib.

25 oktyabr -Yaponiyada qiymətli əşyalar sərgisindən dəyəri 1,8 milyon dollar olan 50 karatlıq brilyant oğurlanıb.İnsident İokoqama şəhərində baş verib.

25 oktyabr -Kaliforniyanın yarım milyon sakini işıqsız qalıb. Kaliforniyada (ABŞ) hökm sürən irimiqyaslı meşə yanğınları eletrik enerjisinin dayandırılmasına gətirib çıxarıb.  

25 oktyabr-  Dünyanın ən varlı adamı, “Amazon” şirkətinin icraçı direktoru Ceff Bezos gün ərzində “yüksək gözləntilərdən” təxminən 7 milyard dollar itirib.

27 oktyabr - ABŞ prezidenti Donald Tramp İŞİD lideri Əbubəkr əl-Bağdadinin Suriyada keçirilmiş əməliyyat zamanı öldürüldüyünü bəyan edib.

29 oktyabr- Livanın Baş Naziri Saad Həriri istefa verib. Baş Nazir 2 həftədir davam edən hökumət əleyhinə kütləvi etirazlardan sonra istefa vermək qərarına gəlib.

31 oktyabr - Yaponiyanın Ədliyyə naziri Katsuyuki Kavai qalmaqallı deputat xanımına görə istefa verib.

 

Noyabr

9 noyabr- Nyu-York şəhər məhkəməsi prezident Donald Trampı 2 milyon dollar məbləğində cərimələyib

13 noyabr - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da rəsmi səfər edib , Ərdoğan Suriyanın şimal-şərqindəki “Sülh çeşməsi hərəkatı”ndan sonra ilk dəfə amerikalı həmkarı Donald Trampla görüşüb.

15 noyabr - Suriya Prezidenti Bəşər Əsəd  BMT qarşısında Suriya neftinin oğurlanması məsələsini qaldıraraq ABŞ-dan təzminat tələb edib.

19 noyabr ABŞ İsrailin Şərqi Qüdsdə və Qərb Sahilində yəhudi məskənləri salmasını beynəlxalq hüququn pozulması kimi qəbul etmədiyini elan edərək fələstindəki yahudi məskənlərini tanıyııb.

26 noyabr-  Estoniya Prezidenti Kersti Kalyulayd bu ölkədə rəsmi səfərdə olan ukraynalı həmkarı Vladimir Zelenskiyə velospied hədiyyə edib.

28 noyabr- ABŞ prezidenti Donald Tramp gözlənilmədən Əfqanıstana gedib.. Əfqanıstanlı həmkarı Əşrəf Qəni ilə bir araya gələn Tramp daha sonra Şükranlıq Günü münasibətilə amerikalı hərbçiləri ziyarət edib.

 

Dekabr

10 dekabr- Parisdə Yelisey Sarayında  Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenskinin ilk təkbətək görüşü baş tutub.

10 dekabr - Moskvanın sabiq meri Yuri Lujkov dünyasını dəyişib.O, 84 yaşında Bavariyanın paytaxtı Münhendə ürək əməliyyatı keçirdiyi özəl klinikaların birində vəfat edib.

11 dekabr-  İsveçrədə ilk dəfə qadın prezident olub.  Ətraf mühit, nəqliyyat, energetika və rabitə naziri Simonetta Sommaruqa ölkənin prezidenti seçilib.

11 dekabr - ABŞ prezidenti Donald Tramp Vaşinqtonda səfərdə olan Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla görüşüb.

12 dekabr- Gürcüstanın Baş prokuroru Şalva Tadumadze tutduğu vəzifədən istefa verib.İstefaya səbəb onun parlamentin bugünkü iclasında Ali Məhkəmənin hakimi vəzifəsinə təsdiqlənməsidir.

13 dekabr- 16 yaşlı  İsveçli ekofəal Qreta Tunberq “Time” jurnalı tərəfindən “İlin adamı” seçilib.

 

Müəllif: Aynur Qəniyeva